Yuxarı

Bakıya qarşı yeni hücum: proses necə körüklənir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu müzakirənin keçirilməsi vaxtında verilmiş bir qərardır.

Axar.az xəbər verir ki, bu sözləri "Teleqraf" Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı “Azərbaycanda siyasi proseslərə xarici müdaxilə meyilləri” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycana hər zaman xarici hücumlar olub:

“Məncə, müzakirələrdən sonra ümumi qəbul edilən istiqamətlər üzrə birgə hərəkət planımızın da müəyyənləşməsi çox yaxşı olardı. Hər şeydən öncə ondan başlamaq istəyirəm ki, Azərbaycandakı siyasi proseslərə xarici müdaxilə cəhdləri hər zaman olub: bunu zaman-zaman xarici xüsusi xidmət orqanlarının müəyyən fəaliyyətində və yaxud antiazərbaycan mövqeyi sərgilədiyini hətta gizlətməyən beynəlxalq donor təşkilatların elan etdiyi qrant layihələrin istiqamətində də sezmək mümkün idi. Sadəcə, hakimiyyətin apardığı təbliğat, eyni zamanda, xüsusi xidmət orqanlarının sayıqlığı xarici müdaxilələri bu vaxta qədər neytrallaşdırıb.

Ancaq son aylarda biz bu müdaxilənin tam fərqli formasını müşahidə edirik ki, bu məqamı da YAP İcra katibi, Baş nazirin müavini Əli Əhmədov aktuallaşdırdı və olduqca mühüm məqama toxundu. Əli müəllim bildirdi ki, ölkə xaricində antiazərbaycan kampaniyası aparanların səhifələrinə ayda ortalama 10 min dollarlıq reklam yatırılır.

Əlbəttə, “mühacir” statusu ilə xaricə gedənlərin bu qədər böyük məbləği yalnız aylıq reklama xərcləmələri artıq bu prosesin arxasında xüsusi qüvvələrin olduğunu söyləməyə əsas verir”.

A.Camalqızının sözlərinə görə, xaricdəki antiazərbaycan qüvvələrin körüklədiyi bəlli blogerlər, yutuberlər ölkəmizə qarşı hücumları artırıblar:

“Biz müşahidə edirik ki, dünyada müharibələrin çeşidli formaları yaranır və bu formalardan ən təhlükəlilərdən biri kibermüharibələr və informasiya savaşlarıdır. Azərbaycan Ordusu həm hərbi təchizat, həm də kadr potensialına görə Qafqazın ən güclü ordusu olduğu kimi, biz müharibələrin digər formalarında da güclü əsgərlər – kadrlar yetişdirməli, yeni informasiya texnologiyalarını tətbiq etməli və bu sahəyə diqqəti maksimum artırmalıyıq.

Yeni media sürətlə vizuallaşır və bu vizuallıqda Yutub məxsusi bir status qazanır. Təəssüflə qeyd etməliyəm ki, Azərbaycanın yeni mediası vizuallaşmada düşmən təbliğatından və yaxud düşmənin körüklədiyi ayrı-ayrı şəxslərin texniki imkanlarından geri qalır.

Adını hamımızın bildiyi, açıqlanmasına ehtiyac olmayan və “bəlli şəxslər” olaraq ümumiləşdirdiyimiz yutuberlərin maliyyə qaynaqlarının kimliyini bir kənara qoyuram, fakt ondan ibarətdir ki, bunlar, Əli müəllimin qeyd etdiyi kimi, hər ay yalnız bir səhifəsinin reklamına 10 min dollar ayırmağı bacarır, studiya qurur, vaxtaşırı texniki bazalarını yeniləyirlər. Onlar virtual məkanda Azərbaycan həqiqətlərini işğal edirlər və işğal etdikləri virtual məkanlarda, obrazlı desək, siyasi terror həyata keçirməyə başlayıblar”.

Əməkdar jurnalist qeyd edib ki, ilk növbədə Azərbaycan həqiqətlərinin işğalına cəhdin qarşısını almaq lazımdır:

“Azərbaycanın sabitliyində, iqtisadi qüdrətinin artmasında maraqlı olan iş adamları da bunda maraqlı olmalıdır. Təəssüf ki, bizim reklam bazarımız tam formalaşmadığı üçün ayrı-ayrı informasiya qurumlarının bu istiqamətdə atdığı addımlar maddi-texniki baza çatışmazlığından arzuladığımız effekti vermir. Hesab edirəm ki, KİV DF-nin yeni mediaya diqqəti artırmasının zamanı çoxdan çatıb və KİV DF bizim maddi-texniki bazamızın təkmilləşməsində ciddi rol oynaya bilər.

Xatırladıram ki, ölkəmizə ənənəvi yollarla müdaxiləyə imkan tapmayanların virtual müdaxilələrinə qarşı informasiya siyasətimizi qura biləcək kifayət qədər kadr potensialına sahibik”.

Tarix
2019.09.11 / 22:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla