Yuxarı

İsrail Rusiya ilə İranı qarşı-qarşıya qoyur - Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail Rusiya ilə İranı qarşı-qarşıya qoyur - Politoloq

İran və Rusiya Yaxın Şərq siyasətində razılıq əldə edə bilir. İsrail indi bu məsələləri gündəmə gətirməklə, iki ölkə arasında olan münasibətlərin daha da dərinləşməsinin qarşısını almağa çalışır.

Bu sözləri Axar.az-a politoloq Vüqar Zifəroğlu İsrail Baş naziri Benyamin Netanyahunun “Tehran nüvə silahını əldə etsə, silahını və ideologiyasını təkcə Qərbə və İsrailə yox, Rusiyaya da göndərəcək” sözlərinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Rusiya və İran ittifaqının mövcudluğu regionda marağı olan digər ölkələri narahat edir:

“Rusiya ilə İranın istər Fələstin, istərsə də Suriya məsələsində bir-birinə uyğun maraqları var. Amma təbii ki, hər dövlətin özünün də ayrıca siyasəti, maraqları mövcuddur. Buna görə də dəqiq bilmək olmaz, İran gələcəkdə nüvə dövlətinə çevrildikdən sonra Yaxın Şərqdə öz hədəflərinə nail olmaq üçün hansı addımları atacaq və bu addımlar nə dərəcədə Rusiyanın maraqları ilə üst-üstə düşəcək. Buna görə də İsrail tərəfi indi belə bəyanatlar verməklə, Rusiyanın diqqətini bu məsələyə çəkməyə və iki ölkə arasında münasibətlərin gələcəkdə daha da dərinləşməsinə mane olmağa çalışır. Lakin düşünmürəm ki, bu bəyanat hələlik iki ölkədən hansısa biri üçün maraqlı olsun. Çünki onlar üçün hələlik müttəfiq olmaq daha əlverişli imkanlar yaradır. Lakin qarşıda nələrin olacağı haqqında dəqiq nəsə demək çox çətindir”.

Tarix
2019.09.13 / 09:00
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Dublində Əliyevlə Paşinyanın görüşü gözlənilir

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla