Yuxarı

Türkiyədə Mübariz zirvəsinə yürüş olacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə Mübariz zirvəsinə yürüş olacaq

Türkiyənin İqdır vilayətində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adı verilən zirvədə Azərbaycan və Türkiyə bayraqları dalğalanacaq.

Azərbaycanın Qarsdakı Baş Konsulluğundan Axar.az-a verilən məlumata görə, vilayətin Tuzluca rayonunda yerləşən Təkaltı dağının zirvəsinə hər iki dövlətin uzunluğu 10 metr olan bayraqları və Mübariz İbrahimovun portreti (90X70 sm) yerləşdiriləcək.

Sentyabrın 16-da vilayət mərkəzindən Təkaltı dağına izdihamlı yürüş təşkil olunacaq. Sentyabrın 17-də isə Baş konsul Nuru Quliyev, Azərbaycanın tanınmış ziyalıları, Türkiyənin yüksək rütbəli hərbçilərinin iştirakı ilə vətənpərvərlik mövzusunda konfrans keçiriləcək.

Qeyd edək ki, dağ idmançılarının marağını çəkən, turistləri cəlb edən Təkaltı dağının cənub zirvəsinə keçən il Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu (AKUD) tərəfindən Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.

Tarix
2019.09.14 / 23:38
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 il və daha uzun müddətə bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

Hakan Fidan Ceyhun Bayramovla görüşdü

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Paşinyan sülh sazişini gecikdirsə... - Rusiyadan baxış

Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

Bayramov Ankarada mühüm iclasda çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla