Yuxarı

Xələfov Lanqla danışdı: Əlaqələr genişləndirilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xələfov Lanqla danışdı: Əlaqələr genişləndirilir

16 sentyabr tarixində Xarici İşlər nazirinin müavini Xələf Xələfov və İsveçrə Konfederasiyasının Xarici İşlər Departamentinin dövlət katibinin müavini xanım Kristina Marti Lanq arasında telefon danışığı baş tutub.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Telefon söhbəti zamanı, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu qeyd edilmiş, əlaqələrin hazırkı vəziyyəti təhlil olunmuş və gündəlikdə duran cari məsələlər, qarşılıqlı səfərlər və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Azərbaycan və İsveçrə arasında əlaqələrin inkişafından, Bretton Vudz təsisatlarında əməkdaşlıqdan məmnunluq ifadə etmiş və əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün böyük potensialın mövcud olduğunu vurğulamışlar. İki ölkə arasında xüsusilə də iqtisadiyyat və ətraf mühitin qorunması sahələrində, habelə peşə təhsili üzrə əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.

X.Xələfov həmsöhbətinə ölkəmizdə aparılan islahatlar haqqında ətraflı məlumat verib.

Söhbət zamanı həmçinin Azərbaycan və İsveçrə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə edilib.

Tarix
2019.09.17 / 00:47
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla