Yuxarı

Selcanı müdafiə etdik, elə təhqirlər yazdılar ki... – Cəfəroğlu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Selcanı müdafiə etdik, elə təhqirlər yazdılar ki... – Cəfəroğlu

Fuad Qəhrəmanlının ailəsində baş verən hadisə indiyə qədər ictimailəşdirilməmişdisə, demək ki, ailə öz arasında həll etməyə çalışıb. Görünür, buna nail ola bilmədikləri üçün ictimailəşdiriblər. Ailə üzvləri, görünür, artıq dözmədikləri üçün belə addım atıblar. Biz də onların müdafiəsinə qalxmışıq.

Bu sözləri Axar.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmurun özünün və anasının atası tərəfindən şiddətə məruz qalması ilə bağlı yazdıqlarına münasibət bildirərkən deyib.

N.Cəfəroğlu bildirib ki, Fuad Qəhrəmanlının qızının yazdıqları ilə bağlı həmin an araşdırma aparıblar:

“Zümrüd Yağmur da bildirdi ki, bəli, həqiqətən belə hal var. Bu səbəbdən biz bildirdik ki, onu müdafiə edə bilərik. Bunu tək mən bildirməmişəm, əksər hüquq müdafiəçisi Selcanı və ailəsini müdafiə etməyə hazırdır. Ancaq Selcanın və anası Zümrüd Yağmurun hüquqlarının müdafiəsinə hazır olanlara nələr yazdılar sosial şəbəkələrdə, nə təhqirlər, necə nalayiq sözlər işlətdilər? İlk növbədə biz qadınıq, qadını da müdafiə edirik. Şiddətə məruz qalmış ana və qızı müdafiə edənlərə qarşı bu cəmiyyət necə təhqirlərə yol verir, görməli idiniz! Qadına, qadını müdafiə edənlərə qarşı belə tərbiyəsizlik edənlərə qarşı konkret addımlar atılmalıdır”.

Tarix
2019.09.20 / 16:46
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla