Yuxarı

Pompeonun Əliyevə məktubunda iki mühüm məqam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Dövlət katibi Mayk Pompeo “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi məktubda xatırladır ki, ABŞ Azərbaycanın bütün enerji layihələrini dəstəkləyir.

Axar.az xəbər verir ki, bunu analitik Elxan Şahinoğlu qeyd edib. O, Pompeonun Azərbaycan Prezidentinə göndərdiyi məktubun əhəmiyyətindən bəhs edib:

“Məktubda əsas cümlə budur: “Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan və Cənub Qaz Dəhlizinə təkan verən Azərbaycan yenidən aparıcı rol oynamağa davam edir”. Bu cümlədə Azərbaycanın keçmişdəki və gələcəkdəki rolu yüksək qiymətləndirilib. Ümumiyyətlə, məktubun məzmununun iki ana xətti var: Birincisi, Vaşinqton xatırladır ki, ABŞ Azərbaycanın bütün enerji layihələrini dəstəkləyir və bu dəstək artacaq. İkincisi, Vaşinqton bu layihələrə dəstək vasitəsilə Azərbaycanla siyasi və hərbi sahədə də strateji əlaqələri üst səviyyəyə qaldırmaq istəyir. Təsadüfi deyil ki, Vaşinqtonun Azərbaycana hərbi məqsədlər üçün ayırdığı maliyyə artıb”.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Dövlət katibi Maykl Pompeo “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Tarix
2019.09.20 / 23:33
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla