Yuxarı

Fuad Qəhrəmanlının xanımını döyməsi ilə bağlı - Fotofakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının istefası siyasi cameədə ciddi müzakirələrə səbəb olsa da, onun ailə üzvlərinə qarşı zorakılıq etməsi hələ də detalları ilə təqdim olunur.

Son belə bir iddianın müəllifi Gülnarə Mehdiyeva adlı bir xanımın sosial şəbəkədəki statusunda yer alıb. Profil fotolarından F.Qəhrəmanlının qızı Selcan Yağmurun yaxını olduğu görünən xanım F.Qəhrəmanlının ailə üzvlərinə qarşı şiddət göstərdiyini qeyd edib.

Axar.az Musavat.com-a istinadən sözügedən statusu olduğu kimi təqdim edir:

“Ortada təkcə zorakılıq yox, həm də xəyanət məsələsi olduğunu həm biz, həm cəbhəçilər yaxşı bilirdi. Fuadın məşhur məşuqəsini də tanıyırlar. Başqa qadınları da. Mən və Fidan Nazar Selcan və Sənayla söhbət edərkən onlar uşaqlıqlarına aid elə şeylər danışırdılar ki, tüklərimiz biz-biz olurdu. Sənayın dizi qırılanda 12 yaşı vardı. Onlar analarına olan zorakılığı görərək böyüyüblər. Əlimizdə o zorakılıqlardan bəzilərinin fotosu var idi. Bir insanı həbsdə ola-ola ifşa eləmək, boşanmaq olmur. İndikindən betər "hakimiyyətə satılmış, pul almış" elan edirlər. Selcan atasının həbsdən çıxdığını eşidəndə özünü ağaca çırpdığını demişdi. Bir insan uşağının bu qədər nifrətini qazanacaq qədər nə edə bilərdi? Zümrüd xanımı da dünəndən bəri razı sala bilmirik ki, yaysın, danışsın. Çünki bilirik, o danışsa, axecepe şaykası hamısı batacaq. İndi də Əli Kərimlinin o sadistlə şəkil çəkdirib paylaşmağına söz tapa bilmirəm. Şəxsiyyət olaraq bitmiş birini "siyasətçi olaraq bitirməməyə" çalışır. Qızlardan yalnız bu şəkilləri ala bilmişdim, özlərinə deməmiş paylaşıram. Amma silən deyiləm. Sağlam gənclik çürük şəxsiyyətlərin arxasınca getməməlidir”.

Bir neçə dəqiqə bundan öncə isə S.Yağmur daha bir status paylaşıb və baş verənləri bir daha dəyərləndirib. Selcan öncə bildirib ki, bu, onun şəxsi intiqamı olmayıb:

“Əgər şəxsi intiqamım olsaydı, tamam başqa müstəvidə hərəkət edərdim. Mən başdan dediyimin arxasındayam ki, bu olay cəmiyyətin problemi idi və mənim üçün inanılmaz dərəcədə çətin olsa da, şəxsi duyğularımı bu məsələdən tamamən uzaq tutmağa çalışdım. Mənim yaxınımdakı insanlar, telefonla danışdıqlarım mənim nə vəziyyətdə olduğumu gördülər və mən bu məsələdə özümlə qürur duya bilərəm ki, demək üçün ürəyim partlayan heç bir sözü demədim. Duyğularımı işin içinə qatmadım. Kaş qarşı tərəf də eyni şeyi edəydi. Məni mental xəstə, yalançı, histerik çıxartmağa çalışmaq yerinə olğun davrana biləydi... Hələ də ortada çox yalanlar var. Bütün bunların məhz gündəlik həyatımızın parçası yox, 4-5 ilin söhbəti olduğunu iddia etmək kimi çirkin yalanlar. Amma nəysə.

İndi çoxunuz mənə "təbriklər" yazırsınız. Mən isə bu təbrikləri bu müstəvidə qəbul edirəm - biz hamımız birlikdə, Azərbaycandakı tabulara böyük bir zərbə vurduq. Göstərdik ki, "ailə daxili" şiddət olmur, şiddət cəmiyyətin problemidir. Qurban və zorba arasında şəxsi problem deyə bir anlayış yoxdur. Zorba hər kəsin qarşısında cavab verir. Ümid edirəm bu məsələ, bir sıra insanlara dərs, digərlərinə ilham oldu. Susmaq, boyun əymək zorunda deyilsiniz, "atandır", "anandır", "ərindir", "qardaşındır" kimi ifadələr yalnızca sizi manipulyasiya etmək üçündür. Zorakılıq, hər kim tərəfindən olunursa olunsun, yanlış bir şeydir. Özünüzü sevin, sonra da digərlərini çox sevin. Güclü olun və gücünüzü digərlərinin həyatdakı şansı olmaq üçün istifadə edin. Çox ağır bir dönəm oldu mənim üçün bu iki gün. Sizin dəstəyiniz olmadan ayaqda qala bilməzdim. Hər kəsə təşəkkür edirəm. Beləcə, bu mövzuyla bağlı son sözlərim olsun bunlar”.

Qeyd edək ki, F. Qəhrəmanlının qızı Selcan Yağmur dünən sensasion açıqlama ilə çıxış edərək, atasının anasını və onları sadistcəsinə döyməsi və başqa biabırçılıqlar barədə açıqlama yaymışdı. Qızının açıqlamasından dəqiqələr sonra Fuad Qəhrəmanlı xüsusi bəyanatla çıxış edərək, bəyan etmişdi ki, Selcanın Feysbuk profili oğurlanıb. Ancaq Selcan Feysbukda canlı yayım edərək, səhifəsinin oğurlanmadığını və sözlərinin arxasında durduğunu bildirdi.

Bir neçə saat öncə isə F.Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verdi.

Tarix
2019.09.20 / 23:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla