Yuxarı

Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü

Ermənistanın Vayots Dzor vilayətinin qubernator köməkçisinin başçılıq etdiyi quldur dəstəsi Yexeqnadzor rayonunda ordu podpolkovnikini ölənədək döyüb.

Qaynarinfo xəbər verir ki, vilayətin qubernatoru Trdat Sərkisyanın özünün də bu qətldə əli olduğu bildirilir. Respublika prokurorluğunun məlumatına görə, zabiti döyərək öldürən qubernator köməkçisi Arutyun Qriqoryan həbs edilib, amma onun rəisi hələ azadlıqdadır.

Ermənistanın müdafiə naziri David Tonoyan bildirib ki, istintaq davam etdiyinə görə geniş açıqlama vermək istəmir. O əlavə edib ki, hüquq-mühafizə orqanları zabiti qətlə yetirən vəzifəli şəxslərə qarşı istintaqı ədalətli aparacaq və təqsirkarlar öz cəzalarını alacaqlar.

Qubernator Trdat Sərkisyan isə bu insidentdə əli olduğunu inkar edib. Onun sözlərinə görə, özü hadisə yerində olmayıb və bunu ətrafdakı kameraların qeydləri də sübut edir. Qubernator əlavə edib ki, podpolkovnik fiziki cəhətdən güclü olub və onun köməkçisini təqib edərkən pilləkəndən yıxılıb.

Tarix
2019.09.21 / 21:51
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla