Yuxarı

Azərbaycan “10 ən islahatçı ölkə”dən birinə necə çevrildi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftdən gələn gəlirlərdən səmərəli istifadə olunması nəticəsində Azərbaycan qüdrətli, özünü təmin edən dövlətə çevrilib.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Sevinc Fətəliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə Prezident İlham Əliyevin çıxışı haqqında danışarkən deyib. O bildirib ki, müasir müstəqil Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir, bütün sahələrdə qazanılan parlaq nailiyyətlər ölkəmizin qarşısında yeni perspektivlər açır:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət qarşıya qoyulan strateji əhəmiyyətli hədəflərə çatmağa imkan verir, ölkənin sosial-iqtisadi inkişafının davamlılığını təmin edir. Həmçinin, aşağı səviyyədə saxlanan dövlət borcu ümumi daxili məhsulun cəmi 19 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə xarici borcumuzdan beş dəfə artıqdır. Xüsusilə də neft gəlirlərinin strateji sahələrə yönəldilməsi nəticəsində milli iqtisadiyyatın dinamik inkişafı təmin edilib, qeyri-neft sektorunun tərəqqisinə nail olunub. Bir sözlə, 20 sentyabr 1994-cü il tarixdə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan yeni neft strategiyası Azərbaycanın sürətli inkişafına şərait yaradıb. Neftdən gələn gəlirlərdən səmərəli istifadə olunması nəticəsində ölkədə geniş-abadlıq quruculuq işləri aparılıb, paytaxt Bakının və regionlarımızın siması müasirləşib, əhəmiyyətli dərəcədə dəyişilib, yüksək infrastruktur təminatı yaradılıb, ölkənin maliyyə imkanları və valyuta ehtiyatları artıb və Azərbaycan qüdrətli, özünü təmin edən dövlətə çevrilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, bu gün Azərbaycan yolları keyfiyyətinə görə dünya miqyasında 34-cü yerdədir. Qazlaşdırma 96 faizdir, əhalinin 75 faizi isə daimi içməli su ilə təmin edilir və bu proses davam etdirilir. Sosial infrastruktur tamamilə yenidən qurulub, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir olunub”.

S.Fətəliyevanın sözlərinə görə, ötən müddət ərzində Azərbaycanda güclü sosial siyasət həyata keçirilib, vətəndaşlar dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub:

“Ölkəmizdə inqilabi xarakterli sosial islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yaxşılaşması üçün həyata keçirdiyi işlərin miqyası getdikcə genişlənir. Yüz minlərlə köçkünə yeni evlər, şəhid ailələrinə, müharibə veteranlarına isə güzəştlər, müavinətlər, mənzillər, minik avtomobilləri verilib. Bütövlükdə, dövlət başçısının rəhbərliyi altında aparılan islahatlar ölkəmizin “Doing Business 2019” hesabatında yeni rekorda imza artmasına imkan yaradıb. Azərbaycan 10 ən islahatçı ölkə siyahısında qərarlaşıb və MDB ölkələri arasında lider mövqe tutur”.

Millət vəkili dünyada etibarlı tərəfdaş kimi tanınan, praqmatik xarici siyasət həyata keçirən Azərbaycan, eyni zamanda, beynəlxalq əməkdaşlıq, enerji sahəsində böyük uğurlar əldə etdiyini bildirib:

“Azərbaycanın liderliyi və təşəbbüsü ilə mühüm enerji, nəqliyyat-kommunikasiya layihələri həyata keçirilir, yeni əməkdaşlıq platformaları yaradılır. Beynəlxalq münasibətlər sistemində güc mərkəzləri kimi xarakterizə edilən subyektlər – milli dövlətlər respublikamızla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdırlar. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursunun real nəticələridir”.

Tarix
2019.09.22 / 10:12
Müəllif
Mahir Ələkbərov
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla