Yuxarı

Məmmədyarovun Nyu Yorkda görüşləri davam edir - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019.09.23 - 18:43

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu York şəhərində BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Argentinanın Xarici İşlər və Etiqad naziri Xorxe Fori ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, görüş zamanı Azərbaycan ilə Argentina arasında əlaqələrin cari vəziyyətindən razılıq ifadə olunub. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparılıb. Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər həmçinin iki ölkə arasında həyata keçirilən yüksək səviyyəli rəsmilərin qarşılıqlı səfərlərinin münasibətlərin inkişaf etdirilməsi baxımından önəmini vurğulayıblar. Nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Zirvə görüşündə Argentina nümayəndə heyətinin iştirakının məmnuniyyət doğuracağını həmkarının diqqətinə çatdırıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

***

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Xarici İşlər naziri Stef Blok ilə görüşüb.

Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq münasibətlərin hazırkı durumu və əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Nazirlər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin hazırkı vəziyyəti ilə bağlı qarşı tərəfə məlumat verib və regional dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması baxımından münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT TŞ-nin məlum qətnamələri əsasında həllinin vacibliyini qeyd edib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında müzakirələr aparılıb.

***

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Mübarizə Komitəsinin icraçı direktoru xanım Mişel Koninks ilə görüşüb.

Görüşdə tərəflər Azərbaycan və Terrorçuluğa qarşı Mübarizə Komitəsi arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər və terrorçuluğa qarşı mübarizədə birgə fəaliyyət üzrə fikir mübadiləsi aparıblar.

Komitənin nümayəndə heyətinin ötən il Azərbaycana etdiyi səfərindən bəhs edən iraçı direktor, terrorçuluğa qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsini təqdir edib və bu təcrübənin digər ölkələrlə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Nazir Elmar Məmmədyarov ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olan terrorizmin bütün formalarını qətiyyətlə pislədiyini bildirərək, bu bəla ilə mübarizədə bundan sonra da səylərini əsirgəməyəcəyini qeyd edib.

***

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Şimali Makedoniya Respublikasının Baş naziri Zoran Zaev ilə Nyu Yorkda, BMT-nin Baş Assambleyasının 74-cü sessiya çərçivəsində görüşüb.

Görüşdə hər iki ölkə arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə olunub. Həmçinin Azərbaycan-Şimali Makedoniya Respublikası arasında davamlı siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər, geniş iqtisadi əməkdaşlıq, eləcə də humanitar əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunulub.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələri haqqında fikir mübadiləsi aparan tərəflər, enerji sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tarix
2019.09.24 / 00:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əsədovdan motosikletlərlə bağlı qərar

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Nikol: Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nələr verib?

Paşinyan sərhəd işlərinə onları da cəlb edir

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla