Yuxarı

İƏT Bakını dəstəklədi: bəs, üzvlər İrəvana niyə yardım edir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İƏT Bakını dəstəklədi: bəs, üzvlər İrəvana niyə yardım edir?

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupunun budəfəki iclasında Ermənistanın qeyri-qanuni hərəkəti bir daha pislənilib, Azərbaycana onun ədalətli mübarizəsində dəstək göstərilməsinin vacibliyi vurğulanıb.

Axar.az xəbər verir ki, bu sözlər "Atlas" Araşdırmalar Mərkəzinin Təhlilində öz əksini tapıb. Analizdə İƏT-in beynəlxalq təşkilatlar içərisində Dağlıq Qarabağla bağlı Azərbaycana ən çox dəstək nümayiş etdirən təşkilat olduğu qeyd edilib:

“Hər dəfə bu təşkilatın sammitində Azərbaycanın ərazi bütövlüyünü özündə əks etdirən sənədlər qəbul olunur”.

Mərkəzin təhlilində İƏT-in fəaliyyətinin Ermənistanla bağlı iki sual yaratdığı bildirilib:

“1. Təşkilatın Azərbaycan torpaqlarının işğalı ilə bağlı formalaşdırdığı Təmas Qrupu Azərbaycana dəstək bəyanatları ilə yanaşı işğalçı Ermənistana qarşı təzyiq mexanizmlərini hərəkətə gətirə bilərmi və ya bunu istəyirmi? Çünki Ermənistan bu bəyanatları heçə sayır.

2. İslam Konfransı Təşkilatı bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü və işğala son qoyulmasını dəstəkləyərkən, üzv ölkələr Ermənistanla əlaqələrinə niyə yenidən baxmırlar? Tam əksinə, Ermənistana dəstəyi artırmaq istəyən islam ölkələri var. Məsələn, təşkilatın üzvü olan Livanın Xarici İşlər naziri bugünlərdə İrəvana gedərək Azərbaycanın pilotsuz təyyarələrini vurmaq üçün Ermənistana yardım edə biləcəklərini bildirib. Başqa neqativ misallar da var. Digər İƏT üzvü Qətər son illərdə Ermənistanla sıx əlaqələr qurub. Əslində, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Konfransı Təşkilatının Təmas Qrupunun bugünkü toplantısında bu məsələləri qaldırmalı idi”.

Qeyd edək ki, ötən gün Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüzü üzrə Kontakt Qrupunun dördüncü iclasına qatılıb.

Tarix
2019.09.24 / 08:45
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla