Yuxarı

MM deputatın bu əməlinə qiymət verməlidir - Hüquqşünas

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

1996-cı ildə qəbul olunan və təsdiqlənən Milli Məclisin daxili nizamnaməsinə görə, deputat öz vəsiqəsini girov qoymamalı idi. Ancaq onun bu əməli nə cinayət, nə də inzibati məsuliyyət yaradır.

Bu sözləri Axar.az-a hüquqşünas Nicat Gözəlov deputat Rafael Cəbrayılovun bir neçə şəxsə, o cümlədən AG Banka külli miqdarda borcunun olması, borc qarşılığında Milli Məclisin verdiyi deputat vəsiqəsinin yazılı iltizamla girov qoymasının hansı məsuliyyət yaratmasına aydınlıq gətirərkən deyib.

Hüquqşünas bildirib ki, deputatın öz vəsiqəsindən istifadə etməyin niyyəti önəmlidir:

“Rəfael Cəbrayılov dələduzluq etməyib - çünki bu məsələdə nə aldatma var, nə etibardan, ona aid olmayan addan istifadə etmə, nə də saxta yolla sənəd düzəltmə var. Konkret olaraq Rəfael Cəbrayılovun əməlində cinayət tərkibi yoxdur. Olsa belə, o, inzibati məsuliyyətə cəlb oluna bilməz, çünki deputatdır.

Ancaq bu işin həm də etik tərəfi var. 1996-cı ildə Milli Məclisin daxili nizamnaməsi qəbul olunub və qanunla təsdiqlənib. Həmin nizamnaməyə görə, o, bunu etməməli idi. Bu da Milli Məclisin özündə İntizam Komissiyasında araşdırılmalıdır və özləri buna qiymət verməlidir. Yəni, bu artıq Milli Məclisin həll etməli olduğu məsələdir”.

Deputatın əməli ciddi tənbeh oluna bilər

Mövzu ilə bağlı açıqlama verən deputat Tahir Kərimli isə bildirib ki, deputatlıq vəsiqəsinin girov qoyulması ilə bağlı cinayət məsiliyyəti olmasa da, şəxs çox ciddi tənbeh oluna bilər.

T.Kərimli həmçinin bildirib ki, deputatın əvvəlki vəsiqəsi onda ömürlük qalır və vəsiqə onun əlindən alınmır. Çünki vəsiqə əvvəlki çağırışa aid olduğu üçün etibarsız sayılır:

“Əgər deputatın deputatlıq məsələsinə vaxtından əvvəl xitam verilirsə, bu zaman onun deputat vəsiqəsi əlindən alınır. Amma hökm deyil ki, növbəti çağırışda seçilməsə, vəsiqə ondan geri alınsın. Çünki vəsiqə bir çağırış üçün nəzərə tutulub. O biri çağırış zamanı istifadə olunmur”.

Deputat nə vaxt parlamentdaxili məsuliyyətə cəlb oluna bilər?

Milli Məclisin İntizam Komissiyasının bu işə reaksiya verəcəyi gözlənilir. Belə ki, deputat Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarının aparılmasına mane olduqda, iclaslarında çıxış edənlərin sözünü kəsdikdə, iclasların normal gedişini və iş qaydasını pozduqda, iclaslarda insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verdikdə, qanunsuz hərəkətlərə çağırdıqda, Milli Məclis deputatının yüksək adına xələl gətirən hərəkətlər etdikdə, “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda), Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzürsüz səbəbdən iştirak etmədikdə parlamentdaxili məsuliyyətə cəlb oluna bilər.

R.Cəbrayılovun əməlində isə “Milli Məclis deputatının yüksək adına xələl gətirən hərəkətlər” etməsi müzakirə mövzusudur.

Həmçinin onun bizneslə məşğul olması və bu borcları, bank kreditlərini biznesinə görə alması təsdiqlənərsə, mandatdan məhrum edilə bilər. Çünki Azərbaycan Konstitusiyası deputatın biznes fəaliyyətini qadağan edir.

Tarix
2019.09.25 / 15:36
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

AŞ-nin baş katibi Azərbaycana başsağlığı verdi

Onlar Prezidentə başsağlığı verdi

ABŞ səfirliyində bayrağımız yarıya endirildi - Foto

Təyyarəmiz bu sistemlə vurulub - Təcili

Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir

Nalçik yaxındır, təyyarəni niyə Aktauya göndərdilər?

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla