Yuxarı

İki qardaş ölkədən Bakıya dəstək: İşğalçı İrəvan...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki qardaş ölkədən Bakıya dəstək: İşğalçı İrəvan...

BMT-də Türkiyə və Pakistanın Ermənistanı işğalçı adlandırması və erməni qoşunlarının Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılması ilə bağlı fikirləri birmənalı olaraq ölkəmizə olan dəstəyin göstəricisidir.

Bu sözləri Axar.az-a Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. O bildirib ki, hər iki ölkə dəfələrlə Ermənistanı apardığı işğalçı siyasətə görə tənqid edib və bununla bağlı sərt bəyanatlar verib:

“Türkiyə Prezidentinin və Pakistanın XİN rəhbərinin bu cür çıxışları digər müsəlman ölkələrinə də çağırış idi. Pakistan və Türkiyə müsəlman ölkələrinə liderlik ambisiyası olan ölkələrdir. Onların bu bəyanatları İran, Səudiyyə kimi ölkələr üçün örnək olmalıdır. Çünki dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirsələr də, münaqişənin həlli yönündə heç bir addım atmırlar. Bu mənada beynəlxalq tribunalarda belə bəyanatların çox olması Azərbaycanın xeyrinədir. Həmçinin, belə bəyanatların ayrı-ayrı ölkələrin dilindən səslənməsi Ermənistanın işğalçı olduğunu göstərir. Çünki Ermənistan son aylar ikili siyasət apararaq, beynəlxalq ictimaiyyətin fikirlərini dəyişməyə çalışır. Bu mənada qardaş ölkələrin belə bəyanatları bizim üçün çox əhəmiyyətli məsələdir”.

Tarix
2019.09.26 / 08:30
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla