Yuxarı

Bu deputat haqda cinayət işi başlanmalıdır - Mir Şahin

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu deputat haqda cinayət işi başlanmalıdır - Mir Şahin

Millət vəkili Rafael Cəbrayılov 600 min ABŞ dollar məbləğində pul aldığı iki vətəndaşdan borcu deyilən vaxtda qaytaracağına əminlik yaratmaq üçün deputat vəsiqəsini girov qoyub. Təfərrüata varmayacam. Ay nə bilim borc verənlər aldadılıb, iş məhkəməyə qədər gedib. Qərar Rafael Cəbrayılovun əleyhinə olub və sair.

Axar.az xəbər verir ki, bu sözləri Real TV-nin rəhbəri Mir Şahin “Mir Şahin vaxtı” verilişindəki şərhində deyib.

“Mən bir jurnalist olaraq ümumiyyətlə belə hesab edirəm ki, yayılmış kompromat materiallar kifayət edir ki, bu millət vəkilinin - Rafael Cəbrayılovun toxunulmazlıq statusu ləğv edilsin, haqqında cinayət işi başlansın, Milli Məclis üzvlüyünə xitam verilsin və qanun qarşısına çıxarılsın. Bu hadisə həm də bütün millət vəkillərinin parlamentdən kənar fəaliyyətini yoxlamaq üçün fürsətdir. Yəni gələcəkdə, fakt qarşısında qalandan qalana tədbir görülməsin. Bəlkə elə millət vəkili var ki, işini daha ehtiyatlı tutur və ələ keçmir. Dövlətin islahatlar kursuna, vətəndaş-dövlət etimadına birbaşa zərbə vuran belə dələduzluq, etibardan sui-istifadə halları xüsusi güzəştsizliklə cəzalandırılmalıdır. Azərbaycan dövləti regionun ən dinamik və sabit ölkəsi olaraq beynəlxalq inqilab ssenarilərindən özünü qoruyur və bunu ilk növbədə xalqın dəstəyilə, onun İlham Əliyevə inamıyla edir”, - Mir Şahin deyib.

Tarix
2019.09.29 / 21:15
Müəllif
Axar.az
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla