Yuxarı

Tiflisdə GUAM-ın iclası keçirilib

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiflisdə GUAM-ın iclası keçirilib

Tbilisidə GUAM ölkələrinin ticarət və nəqliyyat dəhlizinin inkişafına yardım layihələrinin idarəetmə komitələrinin XIX iclası keçirilib.

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən cümə günü verilən məlumata görə, iclasda Azərbaycan, Moldova və Gürcüstanın gömrük administrasiyalarının rəhbərləri iştirak ediblər.

Onlar ticarət və nəqliyyat dəhlizinin inkişafına yönəldilmiş tədbirlərin keçirilməsi haqqında hesabat veriblər.

Gəlirlər Xidmətinin nümayəndələri inkişaf konsepsiyası layihəsinin təqdimatını keçiriblər.

Görüşdə qeyd edilib ki, ticarət və nəqliyyat dəhlizinin inkişafı GUAM ölkələrində biznesin inkişafına müsbət təsir edəcək.

Gürcüstanın təşəbbüsü və tərəflərin razılığı ilə komitənin iclasında ilk dəfə olaraq iri biznes və daşıma şirkətlərin nümayəndələri də iştirak ediblər. (Trend)

Tarix
2013.12.13 / 20:14
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla