Yuxarı

Ermənistan nokaut vəziyyətindədir - Ayrım

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” bəyanatı Türkiyədəki bütün azərbaycansevərlər tərəfindən rəğbətlə qarşılandı. Əslində Ermənistan tərəfi çoxdan siyasi nokaut vəziyyətindədir. Sadəcə, onlar heç vaxt özlərinə arxayın olmayıblar, hərdən bir dövlətin qoltuğuna sığınmaqla hədəfdən yayınmaq istəyirlər.

Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım söyləyib.

Təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləyən dostluq qrupunun rəhbəri deyib ki, əsassız ittiham, yalan uydurmaq, böhtan danışmaq Ermənistan siyasətçiləri üçün davranış normasıdır.

Dostluq qrupunun rəhbəri vurğulayıb ki, ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorudu, möhkəmləndirdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ermənistanın işğalçılıq siyasətinə baxmayaraq, Azərbaycan hərtərəfli inkişaf edir. Azərbaycanın güclənməsi Türkiyəyə də öz təsirini göstərir. Ermənistan tərəfi reallıqla barışmalı, Türkiyəyə qarşı əsassız iddialarından əl çəkməli, Azərbaycanın işğal altındakı torpaqlarını tərk etməlidir. Əks təqdirdə, Soçi zərbəsinin başqa variantları ilə qarşılaşmalı olacaq.

Tarix
2019.10.05 / 19:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla