Yuxarı

Əliyevin Paşinyana cavabı barədə yazan jurnalist təqib edilir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin Paşinyana cavabı barədə yazan jurnalist təqib edilir

Ermənistanda “Əliyevin Paşinyana tutarlı cavabı” sərlövhəli məqaləni dərc etdirən “Aeli” (“Ayna”) saytının baş redaktoru Anjela Tovmasyanın ofisinə basqın olub.

Axar.az xəbər verir ki, bu yaxınlarda Baş nazir Nikol Paşinyanın tərəfdarlarının parlamentdə istefasına səs verdikləri Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın jurnalist bacısı Anjela Tovmasyan hökumətdən bu məqaləyə və qardaşının mövqeyinə görə təqiblərə son qoyulmasını tələb edib. O əlavə edib ki, baş nazirin tərəfdarlarının onu “Qarabağ əleyhinə” fəaliyyətdə ittiham etmələri də gülüncdür. Jurnalist qadının ofisinə basqın edənlər məqaləni dərc etmiş "Hayeli.am" qəzetinin də bağlanılmasını tələb ediblər.

“Aeli” (“Ayna”) saytının baş redaktoru və eyniadlı mətbuat klubunun rəhbəri olan Anjela Tovmasyan jurnalistlərə özünün İrəvanın mərkəzindəki ofisinə basqın təşkil edildiyini və bu insidentin onu və qardaşını qorxutmaq məqsədi daşıdığını bildirib. O qeyd edib ki, hakimiyyətin öyrətdiyi dörd nəfər binanın şüşələrinə yumurta atıb və divarlara plakatlar yapışdırıblar. Bu iyrənc hərəkətləri həmin binada yerləşən “Qraparak” qəzetinin müxbiri videoya çəkib.

Jurnalist qadın deyib ki, ofisə basqın edilməsi onun jurnalist fəaliyyəti və qardaşının hakimiyyətin qanunsuz qərarlarına etiraz etməsi ilə əlaqədardır. Onun sözlərinə görə, Paşinyanın tərəfdarları bir neçə dəfə onun ailəsinə və özünə xəbərdarlıq mesajları göndəriblər. A.Tovmasyan insidenti törədənlərin cəzalandırılmasını tələb edib.

Xatırladaq ki, Paşinyanın “Mənim addımım” parlament fraksiyası Konstitusiya Məhkəməsi sədrinin səlahiyyətlərinə xitam verilməsi barədə səsvermə keçirib və qərarı təsdiq edilməsi üçün məhkəmə üzvlərinə göndərib.

Tarix
2019.10.05 / 21:11
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla