Yuxarı

Bakı ilə buna böyük əhəmiyyət veririk - Qırğızıstan prezidenti

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycan-Qırğızıstan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının iclasında iştirak etmək üçün Bişkekə gəlib.

Axar.az xəbər verir ki, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Baş nazirinin birinci müavini, komissiyanın ölkəmiz tərəfdən həmsədri Yaqub Eyyubovu qəbul edib.

Görüşdə ölkələrimiz arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Dövlət başçısı deyib ki, Qırğızıstan Azərbaycanla qarşılıqlı inama və hörmətə əsaslanan dostluq əlaqələrinin və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir. Prezident vurğulayıb ki, ikitərəfli münasibətlərin gələcək inkişafında əsas amillərdən biri iqtisadi əməkdaşlığın dərinləşdirilməsidir.

Sooronbay Jeenbekov ölkələr arasında energetika, nəqliyyat, dağ-mədən sənayesi, turizm sahələrində birgə layihələrin həyata keçirilməsinin mühüm amillərdən olduğunu vurğulayıb.

Yaqub Eyyubov Azərbaycan Prezidenti İlham Əliyevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçiriləcək Zirvə Görüşündə Sooronbay Jeenbekovu görməkdən məmnun olacağını söyləyib. O, komissiyanın üçüncü iclasının Bişkekdə keçirilməsinə görə Qırğızıstan tərəfinə minnətdarlıq edərək xatırladıb ki, ikinci iclas beş il bundan əvvəl Bakıda keçirilib.

Baş Nazirin birinci müavini qeyd edib ki, iki dövlət arasında qardaşlıq münasibətləri ikitərəfli ticari-iqtisadi əlaqələrin əsasını təşkil edir.

Görüşdə Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov və ölkəmizin Qırğızıstandakı səfiri Hidayət Orucov da iştirak edib.

Tarix
2019.10.07 / 23:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla