Yuxarı

Əliyev bəyanat verdi, İrəvanda mətbuat klubuna hücum oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın paytaxtı İrəvanda bir qrup gənc “Aeli” (Ayna) mətbuat klubu redaksiyasına hücum edib.

Axar.az xəbər verir ki, buna mətbuat klubunun saytında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyada “Valday” klubunun toplantısındakı çıxışından bəhs edən məqalənin başlığı səbəb olub. "Hayeli.am" saytı öz 5 oktyabr tarixli məqaləsini “Əliyevin Paşinyana gecikmiş, lakin güclü cavabı” adlandırıb.

Prezident İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanın avqust ayının əvvəlində Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ümumerməni İdman Oyunlarının açılış mərasimi zamanı nitqində: “Qarabağ Ermənistandır, nöqtə” - bəyanatına işarə edərək, deyib: “Ermənistan özü bu qeyri-qanuni qurumu tanımır. Qarabağ tarixi Azərbaycan torpağıdır. Belə ki, Qarabağ Azərbaycandır və - nida işarəsi”.

Məqalədən sonra bir qrup erməni gənc şənbə günü "Hayeli.am" redaksiyasının qapı və divarlarına yumurtalar atıb, divara mətbuat klubunun təsisçisi və rəhbəri AnjelaTovmasyanın ünvanına təhqiredici lövhələr asıblar.

Mətbuat klubunun qapısı bağlı olub, klubun rəhbəri isə həmin vaxt xaricdə səfərdə olub. Gənclərin hərəkətlərini həmin mərtəbədə yerləşən “Hraparak” (Meydan) qəzetinin müxbirləri videoya alıb. Gənclərin özləri də aksiyanı videoya çəkiblər.

Aaksiyada 4 nəfər iştirak edib. Aksiyada David Ovhannisyan, Sərkis Manukyan, Artak Markaryan və Hayk Stepanyan iştirak edib.

“Gəlmişik Anjela Tovmasyana güclü zərbə endirməyə. Qapı açıq olsaydı, içərini də bu hala salardıq”, - gənclərdən biri deyib.

David adlı gənc isə Anjela Tovmasyanın Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın bacısı olduğunu və onun ölkəni tərk etməsini bildirib.

Ermənistanın jurnalist və ictimai təşkilatları dərhal hadisəyə münasibət bildirib, insidenti söz azadlığına qarşı yolverilməz hərəkət kimi qiymətləndiriblər.

BBC-nin İrəvan müxbiri bildirib ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Belə ki, artıq “KİV nümayəndəsinə öz vəzifə borcunu yerinə yetirməkdə maneə törətmək” maddəsilə cinayət işi başlanıb.

Eyni zamanda İrəvan Mətbuat Klubu bir sıra təşkilatlarla birgə bəyanatla çıxış edib. Bəyanat müəllifləri iqtidar və müxalifət nümayəndələrindən tələb ediblər ki, həmfikir və tərəfdarlarını təmkinli olmağa və fərqli mövqe və fikir ifadə edənlərə qarşı dözümlülük nümayiş etdirməyə çağırsınlar.

“Ədliyyə orqanlarından "Hayeli.am" redaksiyası ərazisində qanun pozuntusu baş veribsə, məsuliyyət tədbirlərinin tətbiq edilməsini tələb edirik. Müxtəlif düşərgələrə xidmət edən KİV-ləri peşakarlıq müstəvisinə qayıtmağa: manipulyasiya və dezinformasiya yaymaqdan çəkinməyə, jurnalist etikası qaydalarına əməl etməyə, cəmiyyətdə mövcud olan fikir müxtəlifliyinə hörmətlə yanaşmağa və təqdim etməyə çağırırıq!” - bəyanatda deyilir.

Qeyd edək ki, “Aeli” (“Ayna”) saytının baş redaktoru Anjela Tovmasyan olayla bağlı şənbə günü bəyanat vermişdi. O bildirmişdi ki, basqın onu və Konstitusiya Məhkəməsinin sədri olan qardaşı Qrayr Tovmasyanı qorxutmaq məqsədi daşıyır. A.Tovmasyan hadisəni törədən gənclərin hakimiyyət tərəfindən öyrədildiyini də qeyd etmişdi.

Xatırladaq ki, Paşinyanın “Mənim addımım” parlament fraksiyası Konstitusiya Məhkəməsi sədrinin səlahiyyətlərinə xitam verilməsi barədə səsvermə keçirib və qərarı təsdiq edilməsi üçün məhkəmə üzvlərinə göndərib.

Tarix
2019.10.07 / 23:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla