Yuxarı

Bu ölkə də Türk Şurasına üzv olur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə də Türk Şurasına üzv olur

Macarıstan Türk Şurasının üzvü olacaq.

Report xəbər verir ki, bu barədə Budapeşt Sənaye Ticarət Palatasının İdarə heyətinin üzvü Yozef Kovaç Daşkənddə Türk Sahibkarlıq Sərmayə Forumunun iclası zamanı bildirib.

Qeyd edək ki, forumda Türk Şurasının üzv və müşahidəçi ölkələrindən 500-dən artıq sahibkar iştirak edib.

2018-ci ildən Türk Şurasında müşahidəçi statusuna malik Macarıstanın paytaxtında bu il sentyabrın 19-da Türk Şurasının Avropa nümayəndəliyi açılıb. Açılış mərasimində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yeni nümayəndəliyin türk dünyası ilə Avropa işgüzar dairələri arasında tərəfdaşlıq əlaqələrinin daha da genişlənməsinə təkan verəcəyini bildirmişdi.

Xatırladaq ki, 2009-cu ildə Naxçıvanda təsis toplantısı keçirilən Türk Şurası türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə yaradılıb. İlkin mərhələdə üzvlüyünə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikasının daxil olduğu bu beynəlxalq təşkilatın yaradılmasına dair saziş ötən ay Özbəkistan tərəfindən də ratifikasiya olunub. Oktyabrın 14-15 tarixlərində Bakıda keçiriləcək Türk Şurasının 7-ci sammitində Özbəkistan tam üzvlük haqqı ilə iştirak edəcək.

Tarix
2019.10.08 / 00:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla