Yuxarı

Yeni baş nazir ilk çıxışını etdi və MM-dən getdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni baş nazir ilk çıxışını etdi və MM-dən getdi - Video

12:49

Azərbaycan Prezidenti cənab İlham Əliyevə mənə böyük etimad göstərək Baş nazir vəzifəsinə təyin etdiyi üçün təşəkkürümü bildirirəm.

Axar.az xəbər verir ki, bu sözləri Əli Əsədov yeni Baş nazir kimi Milli Məclisdə ilk çıxışı zamanı deyib.

O bildirib ki, Prezidentin səyi nəticəsində Azərbaycan böyük inkişaf yolunu keçir:

“Ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 46 milyard dollara çatıb. Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sahəsinə yatırılması da böyük imkanlar yaradıb”.

Əli Əsədov qeyd edib ki, əsas problem doğma Qarabağın işğal altında olmasıdır:

“Ermənistan rəhbərliyinin populist çıxışına Azərbaycan Prezidenti tərəfindən layiqli cavab verilib. Qarabağın azad edilməsi üçün hərbi imkanlarımızın artırılması hər zaman Prezidentin əsas prioriteti olub”.

Əli Əsədov həmçinin bildirib ki, əmək haqları 2,4, pensiyalar isə 3 dəfə artırılıb.

O xatırladıb ki, sosial iqtisadi problemlərin həlli üçün son dövrlər ciddi işlər görülür, əmək haqları, təqaüdlər artırılır.

Milli Məclisin sədri Oqtay Əsədov çətin və məsuliyyətli işində Əli Əsədova uğurlar arzulayıb.

Çıxışdan sonra yeni Baş nazir Milli Məclisi tərk edib.

Tarix
2019.10.08 / 17:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Dehli münasibətləri istiləşir?

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla