Yuxarı

Əsas məsələ torpaqlar azad ediləndən sonra... - İlham Əliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsas məsələ torpaqlar azad ediləndən sonra... - İlham Əliyev

Əsas məsələ bu gün hələ də işğal altında olan torpaqlar azad ediləndən sonra orada yeni binaların, kəndlərin, şəhərlərin salınmasıdır. Bunu da biz edəcəyik, necə ki, vaxtilə işğal altında olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində yerləşən Şıxarx qəsəbəsində bu gün gözəl bir şəhərcik salınıb.

Axar.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışında bildirib.

Şıxarx qəsəbəsində mindən çox ailənin məskunlaşdığını vurğulayan dövlət başçısı deyib: “Aprel döyüşləri nəticəsində azad edilmiş torpaqlarda yeni qəsəbə salınıb - Cocuq Mərcanlı qəsəbəsi, hansı ki, bu gün Azərbaycan xalqının əyilməz ruhunun, iradəsinin təcəssümüdür. Uzun illər evlərlə təmin edilmiş soydaşlarımız, - onların bir çoxu Biləsuvarda salınmış köçkün şəhərciyində yaşayıb, - böyük həvəslə öz doğma torpaqlarına qayıdıblar. Bu gün orada həyat qaynayır, əkin-biçin prosesi gedir, abadlıq işləri aparılır, iş yerləri yaradılır”.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.

“Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır və biz ardıcıl olaraq bu istiqamətdə öz siyasətimizi aparırıq. Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu, danışıqlar mövzusu deyil və olmayacaq. Daha da güclü olmalıyıq və güclənirik. Həm iqtisadi gücümüz artır, eyni zamanda, vətəndaşlarımızın əyilməz iradəsi, öz yurdundan didərgin salınan soydaşlarımızın əzmi torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırır”, - deyə dövlət başçısı qeyd edib.

Tarix
2019.10.08 / 22:16
Müəllif
Axar.az
Digər xəbərlər

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla