Yuxarı

İcma qarabağlı gənclərlə görüş keçirdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Azərbaycan Gənclər Fondu Dağlıq Qarabağdan olan gənclərimizlə görüş təşkil edib.

Axar.az xəbər verir ki, İctimai Birliyin sədri, icma rəhbəri Tural Gəncəliyev Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasətinin nəticələri barədə danışıb. O bildirib ki, bu gün Ermənistanla münaqişə bütün platformalarda - hərbi, diplomatik sahələrdə və sosial media üzərindən davam edir. Gənclərimiz sosial mediada fəal olmalıdırlar. Ermənilərlə informasiya müharibəsində gənclərin üzərinə böyük məsuliyyət düşür. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün bu gün geniş imkanlar var və gənclərimiz bu imkanlardan istifadə etməlidirlər.

İctimai Birliyin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Flora Qasımova da gəncləri erməni yalanlarına qarşı fəal olmağa çağırıb. O, gənclərə Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı bəyanatını xatırladıb. Qeyd edib ki, Prezident çıxışında “Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək növbəti erməni yalanını ifşa etdi. Çalışmalıyıq ki, hər addımımızda bu bəyanatı xüsusi olaraq hər kəsin diqqətinə çatdıraq. Azərbaycanda iqtisadi, siyasi sahələrdə görülən bütün işlər torpaqlarımızın işğaldan azad edilməsi istiqamətinə yönəlib.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında məlumat verib. O, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən olan gəncləri əməkdaşlığa dəvət edib.

Tarix
2019.10.11 / 19:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla