Yuxarı

Əgər Hitler Bakını tutsaydı, şəhər havaya sovrulardı - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əgər Hitler Bakını tutsaydı, şəhər havaya sovrulardı - Prezident

Bugünkü Zirvə Görüşünün gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciətidir.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev MDB dövlət başçılarının iclası zamanı bildirib.

"Ən dağıdıcı, qanlı müharibənin ön və arxa cəbhələrində xalqlarımız gələcək nəsillər üçün nümunə olan qəhrəmanlıq və igidlik göstəriblər. Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğlu və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Hərbi kinoxronikada məşhur kadrlar var: Hitlerə verilən tortun üzərində alman dilində “Xəzər dənizi” sözləri yazılmış bir oyuq, həmin oyuqda “Bakı” adlı qara rəngli maye şokolad var. Hitler şokoladı qaşıqla götürür və tortun üstünə süzür, sonra svastika şəklində şokoladı götürüb “Bakı” sözü yazılan yerə qoyur. Bu kadr faşistlərin Azərbaycanın neft yataqlarını, həmçinin hamımızın bildiyi kimi, Şimali Qafqazın neft yataqlarını tutmaq planlarını vurğulayır. Əgər faşistlər Bakını tutmağa müvəffəq olsaydılar, sovet ordusu Qələbə üçün çox zəruri olan yanacaqsız qalardı, Bakı şəhəri isə havaya sovrulardı. Çünki belə fövqəladə vəziyyətdə sovet hökuməti neft quyularının düşmən əlinə keçməməsi üçün onların hamısını minalamışdı. Yəni, bu halda qurbanların sayı bəlkə yüz minlərlə olardı", - dövlət başçısı qeyd edib.

Tarix
2019.10.11 / 22:32
Müəllif
Axar.az
Digər xəbərlər

“Separatçıları əfv edə bilərsinizmi” sualına Prezidentin cavabı

Sülh seçkilərə qədər imzalanacaq? - Əliyev nöqtə qoydu

Mehdiyevin Rusiyaya zəngi: DTX yeni gizlinləri açıqladı

ABŞ İrana qarşı uzunmüddətli əməliyyatlara hazırlaşır...

Paşinyan da mənimlə eyni fikirdədir - İlham Əliyev

Bu halda sülh sazişi üçün heç bir maneə qalmayacaq

Prezident separatçılara verilən cəzadan danışdı

Bizə Fransa ilə heç bir problem lazım deyil - Əliyev

İlham Əliyev Fransa kanalına müsahibə verdi

Bizim çox üstünlüklərimiz var - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla