Yuxarı

Zakir Həsənov Orduya əlavə əsgər toplayır – Elan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov Orduya əlavə əsgər toplayır – Elan

General Zakir Həsənovun Müdafiə naziri təyin olunmasından sonra apardığı islahatlara və yeniliklərə daha bir məqam əlavə olunub.

Müdafiə naziri Zakir Həsənovun rəsmi "feysbuk" hesabında Azərbaycan vətəndaşlarına ünvanlanan elan əksini tapıb. Elanda bildirilir:

"Azərbaycan Respublikası Silahlı Qüvvələrində müqavilə əsasında gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmək arzusunda olan Azərbaycan Respublikasının vətəndaşları, qanunvericiliklə tənzimlənmiş qaydada Bakı, Bərdə, Beyləqan, Şəmkir və Naxçıvanda yerləşən birliklərin komandanlıqlarına müraciət edə bilərlər.

Əlavə məlumat üçün 538-61-74 nömrəli telefona (həftənin bazar ertəsi-cümə günləri, saat 10.00-dan 12.00-dək və 16.00-dan 18.00-dək) müraciət oluna bilər".

Xatırladaq ki, Zakir Həsənovun Müdafiə naziri təyin olunmasını və peşəkar kadrların ordunun başına gətirilməsini diqqətlə izləyən erməni analitiklər artıq xeyli müddətdir ki, Azərbaycanın müharibə ritorikasının reallığa çevriləcəyindən narahatlıqlarını mətbuatda açıq şəkildə bildirirlər.

Tarix
2013.12.14 / 03:30
Müəllif
Axar.az
Digər xəbərlər

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu

Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi

Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla