Yuxarı

Rus deputatdan Zatulinə: Qarabağ işğal edilib...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus deputatdan Zatulinə: Qarabağ işğal edilib...

Rusiya Dövlət Dumasında Rusiya – Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev həmkarlarından Konstantin Zatulinin “Rusiya Dağlıq Qarabağı dəstəkləyir” məzmunlu açıqlamasını şərh edib.

Report xəbər verir ki, şərhdə bu cür bəyanatların “çox qəribə” olduğu, çünki Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan separatçı rejimin heç kim, o cümlədən elə Ermənistanın özü tərəfindən tanınmadığı qeyd olunur.

“Rusiyanın rəsmi mövqeyi çox qəti ifadə olunub: Azərbaycanla Ermənistan arasındakı ərazi münaqişəsi sırf beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Məhz ona görə də dövlətimiz vətəndaşları adından heç bir “Artsax”ı tanımır. Münaqişənin iki tərəfi var, bu da Azərbaycan və Ermənistandır. Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş torpağıdır. Yüzlərlə dinc azərbaycanlının öldürüldüyü Xocalı faciəsi indiyədək hərbi cinayət əməli kimi tanınmayıb. Bunu həll etmək, həlak olmuş, ev-eşiyini itirmiş insanlar üçün haqq-ədaləti bərpa etmək lazımdır”, - rusiyalı deputat vurğulayıb.

Tarix
2019.10.14 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla