Yuxarı

Nur-Sultan Türkiyəni gizli dəstəkləyəcək – Qazax ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli ölkələrin çoxunun bir ittifaqa daxil olmasına baxmayaraq, onların hər birinin bu və ya digər məsələlərə mükəmməl siyasi baxışları ola bilər. Buna görə də onların bəziləri Türkiyəni dəstəkləyə, bəziləri bunun əksini edə bilər, bəziləri isə ümumiyyətlə neytral mövqe tuta bilər. Çox güman ki, rəsmi Nur-Sultan məhz üçüncü variantı seçəcək.

Bu sözləri Axar.az-a açıqlamasında qazaxıstanlı politoloq Dosım Satpayev deyib. Onun sözlərinə görə, bu, Qazaxıstanın rəsmi səviyyədə heç kimlə qarşıdurmaya girmədən, fərqli siyasi iştirakçılarla qarşılıqlı əlaqə zərurətinə əsaslanan çoxyönlü xarici siyasətinin olması ilə əlaqədardır.

“Bir tərəfdən Türkiyə Qazaxıstan üçün vacib strateji tərəfdaşdır, digər tərəfdən isə əgər Qazaxıstanın xarici siyasət doktrinasına baxsaq, ölkənin 3 əsas tərəfdaşı siyahısında Rusiya, ABŞ və Çinin adını görmək mümkündür. Aydındır ki, ABŞ-ın Türkiyənin Suriyadakı hərbi əməliyyatları ilə bağlı mövqeyi kifayət qədər mənfidir, Qazaxıstan isə dövlət səviyyəsində tərəflərdən birini dəstəkləyərək bu və ya digər münaqişəyə daxil olmaqdan həmişə qaçmağa çalışıb. Odur ki, Qazaxıstan Suriyadakı əməliyyatları ilə bağlı Türkiyəni açıq şəkildə dəstəkləməyəcək”, - ekspert bildirib.

Ekspert qeyd edib ki, Qazaxıstanda hər kəs Ankaranın Suriyadakı əməliyyatlarının ilk növbədə Türkiyənin təhlükəsizliyinin təmin edilməsi üçün keçirildiyini çox gözəl başa düşür.

“Demək olar ki, bütün türk dünyası ölkələri Suriyada terror qruplaşmalarının tamamilə neytrallaşdırılmasında maraqlıdır. Bu səbəbdən bütün türk dövlətləri Türkiyəni dəstəkləyəcək: kimsə rəsmi qaydada, kimsə gizli. Düşünürəm ki, hətta Qazaxıstanın hazırkı prezidentindən rəsmi qaydada dəstək eşitməsək də, qazax xalqının lideri Nursultan Nazarbayev bunu edə bilər”, - Satpayev bildirib.

Tarix
2019.10.17 / 08:15
Müəllif
Əli, Orxan
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla