Yuxarı

Ərdoğan-Pens razılaşması işləməyəcək - İsti şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan-Pens razılaşması işləməyəcək - İsti şərh

Amerikanın bir qrup tanınmış konqresmeni Ağ Evlə Ankara arasındakı Suriya ilə bağlı bugünkü razılaşmanı qəbul etmədiklərini bildiriblər.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu Türkiyə lideri Ərdoğan və ABŞ vitse-prezidenti Pens arasında Suriya məsələsi ilə bağlı razılaşmaya münasibətində qeyd edib. Politoloq vurğulayıb ki, terrorçu PKK uzantıları olan YPG və PYD təmsilçiləri də oxşar açıqlama veriblər.

“Başqa sözlə Ağ Ev sahibinin Ankaraya verdiyi vəd heç nəyi həll etmir. Türkiyə yoluna davam etmək məcburiyyətində qalacaq”, - E.Şahinoğlu bildirib.

Qeyd edək ki, az öncə ABŞ vitse-prezidenti Penslə Ərdoğan arasında Türkiyədə keçirilən görüş müsbət nəticələnib. Razılaşmaya görə, Türkiyə "Sülh çeşməsi" əməliyyatına 120 saatlıq fasilə verib, bu müddətdə isə təhlükəsizlik zonasından YPG-nin çıxarılması və ağır silahların bu terror təşkilaından geri alınmasını ABŞ öz üzərinə götürüb.

Tarix
2019.10.18 / 00:25
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla