Yuxarı

Azərbaycan hərbi xərclərini kəskin artırdı: Hazır olmalıyıq...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci il üçün Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərclərinə 3 milyad 853 milyon 600 min manat vəsait nəzərdə tutulub. Gələn il üçün proqnozlaşdırılan müdafiə xərcləri 2019-cu illə müqayisədə 20,9 faiz, yaxud 666 milyon manat çoxdur.

Bəs görəsən hərbi müdafiə xərclərinin artması Qarabağda müharibənin başlamasına işarə sayıla bilərmi?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu Modern.az-a açıqlamasında bildirib:

"Nə qədər ki Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayıb, hər zaman müharibənin başlaması məsələsi gündəmdə qalacaqdır. Düşünmürəm ki, budəfəki büdcə artımı Azərbaycanın müharibəyə başlayacağına bir işarə olsun. Çünki hər zaman Azərbaycan büdcəsində dinamik olaraq, hərbi xərclər artır. Ordunun texniki təchizatı və kadr resursları yaxşılaşdırılır. İşğalda olan bir ölkənin hərbi xərclərini artırmasını təbii bir hal hesab etmək olar. Ancaq hazırkı vəziyyətdə xüsusi bir məna axtarmaq da düzgün deyil. Biz bilirik ki, Azərbaycan ordusu dünyanın ən güclü orduları siyahısındadı və öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Bunu dost və düşmən də çox yaxşı bilir”.

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Şair Ramaldanov isə hərbi xərclərin artırılmasını sosial təyinatlı xərclər olduğunu qeyd edib:

"Azərbaycan müharibə şəraitindədir, hər zaman da müharibəyə hazırdır. Öz torpaqlarını azad etməkdən ötrü, ərazi bütövlüyünün bərpası üçün gündəlik döyüş hazırlığını yüksəldir. Bütün bu hazırlıqlar bir istiqamətə yönəlir ki, müharibə ilə də olsa, öz torpaqlarını geri qaytarsın. O ki qaldı büdcənin artırılmasına, mən deməzdim ki, bu dəqiqə müharibəyə hazırlaşırıq. Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusundan biridir. Ölkənin hazırda güclü ordusu və texnikası var. Biz bunları keçirilən təlimlərdə də görürük. Yəqin ki, hansısa bir sazişlər var ki, daha müasir silahların alınmasına tələbatın olduğuna zəmin yaradır. Hərbi xərclərin də kifayət qədər artması bu zərurətdən yaranır”.

Hərbi ekspert bu xərclərin artırılmasını döyüş hazırlığını yüksəltmək üçün bir təkan rolunu oynadığını düşünür:

"Bu, kadr potensialı hazırlığını daha da keyfiyyətli etmək üçün nəzərdə tutulub. Köhnə silahlar yenilənir və müasir silahların alınması isə müəyyən xərc tələb edir. Hər hansı bir dövlətin hərbi xərcləri artırsa, bu onun iqtisadi potensialının artmasının göstəricisidir. Çünki dövlətin iqtisadi potensialı artırsa, bu, silahlı qüvvələrinin büdcəsini artırmağa imkan verir. Ancaq bu ona əsas vermir ki, sabah müharibə olacağını düşünəsən. Dövlət öz ordusunu və texnikasını yeniləməlidir ki, müharibə də olanda qələbə qazana bilsin”.

Tarix
2019.10.19 / 21:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla