Yuxarı

Son 10 ildə bu sahədə artıma nail olunub - Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 10 ildə ölkədə elektrik enerjisinin istehsalında 18 faiz artıma nail olunub.

Axar.az xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov oktyabrın 19-da jurnalistlərə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyev energetika sahəsinə böyük qayğı göstərir. Nəticə etibarı ilə bu sahədə daim köklü dəyişikliklər baş verir: “Son 10 il ərzində Azərbaycanda elektrik enerjisinin istehsalının 18 faiz artması bunun bariz nümunəsidir. Hətta respublikamız bu sahədə elektrik enerjisinin ixracatçısına çevrilib. Ötən 10 il ərzində ixracda 78 faiz artım olub. Ölkədə enerji sahəsində itkilər 22,6 faizdən 10,5 faizə enib. Bu ilin 9 ayında elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artıb. Növbəti illərə isə 8-10 faiz artım gözlənilir”.

P.Şahbazov vurğulayıb ki, dövlət başçısının tapşırığına əsasən Energetika Nazirliyi tərəfindən bütün energetika sahəsini əhatə edəcək inkişaf strategiyası işlənilir. Həmçinin bərpaolunan enerji sahəsində müvafiq təkliflər hazırlanır. Bundan başqa, enerji sisteminə özəl investisiyaların cəlbi, sistemin daha da inkişaf etdirilməsi, onun müasir metodologiyalar ilə idarə olunması üzrə də müvafiq işlər görülür.

Tarix
2019.10.19 / 22:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla