Yuxarı

Əliyevin çıxışının ardınca bu aksiya... – Məqsəd nədir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

19 oktyabrda bəzi müxalif qrupların qanunsuz aksiya keçirməsi ilə bağlı Azərbaycan vətəndaşların əksəriyyəti kimi, Yeni Azərbaycan Partiyası da öz mövqeyini birmənalı şəkildə bildirməlidir.

Axar.az xəbər verir ki, bu sözləri YAP-ın İcra katibi, Baş nazirin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən toplantıda deyib.

Milli Məclisin üzvləri və media nümayəndələrinin də iştirak etdiyi tədbirdə Əli Əhmədov bildirib ki, qanunsuz aksiyalar nə YAP, nə də Azərbaycan dövləti üçün narahatlıq yaradır:

“Lakin bəzi şeyləri etiraf etməyə ehtiyac var. Prezident İlham Əliyevin “Valday” Diskussiya Klubunda verdiyi bəyanatlar, ardınca Aşqabadda Azərbaycanın mövqeyini tam əks etdirən fikirlər səsləndirməsi və sonra 9 aylıq hesabat toplantısının baş tutması fonunda bu qanunsuz aksiyaların keçirilməsi diqqətdən yayınmır. Azərbaycan daxilindəki bəzi qruplarlarla yanaşı, xarici qüvvələr də Azərbaycana qarşı çirkin kampaniyalar həyata keçirmək niyyətindədir. Bu hadisələrin ortaya qoyduğu başlıca reallıq ondan ibarətdir ki, ölkəmizdən kənarda olan bəzi dairələr çirkin niyyətlərinin təsirlərini göstərmək istəyirlər. Azərbaycanda bütün hüquqlar kimi, sərbəst toplaşmaq azadlığı da var. Buna rəğmən radikal müxalifət icazəsiz şəkildə aksiya keçirmək istəyinə düşüb. Bu onu göstərir ki, onlar aldıqları tapşırığa uyğun sabitliyi pozmaq, qarşıdurma yaratmaq üçün məhz icazə verilməyən yerlərdə aksiya keçirir. Hiss olunur ki, onlar kimlər tərəfindənsə idarə olunur. Onlara təlimat verənlər də, bu təlimatın hesabatını alanlar da məlumdur. Mətbuatda bu barədə geniş məlumat var. Məqsədli şəkildə Azərbaycandan kənarda yerləşən destruktiv qüvvələr sabitliyi və əmin-amanlığı pozmağa cəhd göstərir. Keçirildiyi yerə gəldikdə isə mitinq üçün təhlükəsizlik baxımından daha uyğun yerlər seçilir. Amma onlar elə yer seçiblər ki, orada mitinqin keçirilməsi sağlam məntiqə sığmır. Əhalinin qələbəlik olduğu yerdə mitinq keçirməklə göstərmək istəyirlər ki, mitinqə qatılma prosesi güclüdür. Lakin bu məntiq heç bir siyasi etikaya sığmır. Bunun özü də mitinq təşkilatçılarının niyyətinin sağlam olmadığından xəbər verir”.

Ə.Əhmədovun sözlərinə görə, Xalq Cəbhəsi Partiyası və niyyəti bəlli olmayan Milli Şuranın ətrafında toplaşan qruplar Azərbaycanın sabitliyini pozmağa çalışır:

“Nəyin xatirinə olur-olsun, hakimiyyətə gəlmək istəyi dünyanın heç bir yerində qanuni sayılmır. Bu, xaosa, anarxiyaya aparıb çıxara bilər. Buna görə də heç bir hökumət buna icazə verə bilməz. 90-cı illərin əvvəllərində də bənzər mitinqləri yaşamışıq. Onlar niyyətlərinə nail olub hakimiyyətə gələ bilsələr də, Azərbaycan xalqı bundan fayda görə bilmədi. Torpaqlarımız işğal olundu, müstəqilliyimizi itirmək təhlükəsi yaşadıq, əhalinin vəziyyəti pisləşdi. Hər ölkənin milli maraqları o ölkənin vətəndaşlarının təhlükəsizliyinin və rifahının təmin olunmasına xidmət edir. Xarici qüvvələrin niyyəti isə o dövlətin milli maraqları ilə heç vaxt üst-üstə düşmür. Azərbaycan günü-gündən böyüyür, inkişaf edir. Özünü dünyaya bir çox layihələrin müəllifi qismində tanıdır. Azərbaycan dünyanın ən uğurlu gənc dövlətlərindən biridir. Bir ildə iki dəfə təqaüd və əmək haqlarının artırılması dünyanın hər ölkəsində rast gəlinən fakt deyil. Azərbaycan isə bunu bacardı. Bu qədər mütərəqqi addımlar atan bir ölkədə qarşıdurma yaratmaq, ölkəni anarxiyaya sürükləmək cəhdləri bütün ölkəyə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı öz kəskin mövqeyini bu qruplaşmalara qarşı bildirməlidir”.

Tarix
2019.10.21 / 13:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla