Yuxarı

Türk dövlətlərinin şəbəkəsi olduqca güclüdür - Senator

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk dövlətlərinin şəbəkəsi olduqca güclüdür - Senator

Avropanın Türkiyəyə ehtiyacı var.

Report xəbər verir ki, bunu fransalı senator Natali Qule Türkiyənin Fransadakı səfirliyinin cümhuriyyətin 96-ci ildönümü münasibətilə keçirdiyi rəsmi qəbulda bildirib.

Onun sözlərinə görə, Türkiyə Avropanın şərq sərhədidir: "Avropanın Türkiyəyə ehtiyacı var. Fransanın Baş naziri Bernar Kaznev (Bernard Cazeneuve) Türkiyə ilə təhlükəsizlik məsələlərinə dair bir sıra mühüm sənədə imza atıb. Bunlar arasında aeroportlara nəzarətə dair razılıqlar böyük əhəmiyyət daşıyır".

N.Qule qonaqları tarixə nəzər salaraq, Türkiyənin regiondakı sabitliyə xidmət edən hərbi müdaxilələrinin əhəmiyyətini unutmamağa çağırıb: "Unutmayaq ki, 2014-2015-ci illərdə Türkiyə vaxtında fəaliyyətə keçməsəydi, suriyalı qaçqınların sayı bundan da artıq olardı. Hətta Türkiyə Avropa məsələyə münasibət bildirənədək cəld tərpənməsəydi, ölənlərin sayı milyona çata bilərdi".

Fransalı senator türk dövlətlərinin bu gün dünyadakı yerinə də toxunub: "Bu gün Azərbaycan, Özbəkistan, Türkmənistan da daxil olmaqla, türk dövlətlərinin şəbəkəsi olduqca güclüdür. Bu qüdrətli şəbəkənin ürəyi Türkiyədir. Fransa ilə bu ölkələr arasında ümumi maraqlar çoxdur".

Tarix
2019.10.30 / 21:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla