Yuxarı

Ukraynanın nüfuzlu nəşri: İrəvan buna əngəl olur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın nüfuzlu nəşri: İrəvan buna əngəl olur

Cəmiyyətin radikal millətçi təbəqələri və diaspor tərəfindən dəstəklənən Ermənistan hakimiyyətinin destruktiv siyasəti Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə əngəl olur.

Axar.az xəbər verir ki, bu fikri “İnterfax-Ukrayna” agentliyinə geniş müsahibəsində Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev söyləyib.

“Bütün bu illər ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bölgədə sülhə və təhlükəsizliyə ciddi təhdid olub və bu, davam edir. Münaqişə Cənubi Qafqaz ölkələrinin tam əməkdaşlığına mane olur”, - deyə səfir əlavə edib.

A.Xudiyev bildirib ki, müstəqillik illərində balanslaşdırılmış xarici siyasət, neft və qaz ehtiyatlarından praqmatik istifadə və sosialyönümlü daxili siyasət Azərbaycanı dünyada layiqli hörmətə sahib olan müasir və sabit dövlətə çevirib. Lakin keçmiş Sovet İttifaqından miras qalan və Azərbaycanın xarici siyasətinin ən vacib prioriteti olan Dağlıq Qarabağ münaqişəsi hələ də öz ədalətli həllini tapmayıb.

Səfir müsahibəsində Azərbaycanın uğurlu iqtisadi və sosial layihələri, milli şirkətlərimizin Ukraynada investisiya qoyuluşu barədə geniş faktlara əsaslanıb.

Tarix
2019.11.01 / 01:51
Müəllif
Axar.az
Digər xəbərlər

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla