Yuxarı

Prezident Anar Nəcəflini təltif etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anar Nəcəfli televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev noyabrın 6-da sərəncam imzalayıb.

Anar Nəcəfli 1980-ci ilin noyabr ayının 3-də Ucar rayonunda anadan olub. O, ANS şirkətlər qrupunda, "İç xəbər" verilişində müxbir kimi çalışıb. Ancaq sonradan aparıcı kimi fəaliyyət göstərməyə başlayıb.

2007-ci ildə "Bürc FM" radiosunda çalışıb. Əvvəl "Bürc FM"də xəbərlər buraxılışı olmayıb, o, gələndən sonra burada "Xəbərlər" proqramı fəaliyyətə başlayıb və 2-3 saatdan bir efirə çıxıb.

A.Nəcəfli daha çox Xəzər TV-dəki "Xəbərlər"in aparıcısı kimi məşhurlaşıb.

Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi olan A.Nəcəfli ARB-də jurnalist fəaliyyətini də davam etdirir.

Tarix
2019.11.06 / 23:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla