Yuxarı

Vasadze erməniləri rüsvay etdi - Bakı və Tiflisə təxribat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın “Bellingcat” nəşri bu yaxınlarda Azərbaycanın ümumilikdə 200 hektar ərazini nəzarətə götürdüyünü yazıb. Söhbət qoşunların təmas xəttindəki ərazilərdən gedib.

Axar.az xəbər verir ki, Ermənistanda populyar “168.am” nəşri “Bellingcat”ın paylaşdığı peyk fotolarının əvvəlki mövqelərdən 140-370 metr məsafədə sərhəd qoşunlarının 4 yeni bazasının yaradıldığını göstərdiyini yazıb.

Daha sonra nəşr yazıb ki, bu torpaqlar Azərbaycana Ermənistan qarşısında strateji üstünlük verib. Lakin sonda nəşr həmişəki kimi Azərbaycanla Gürcüstan arasında süni konflikt yaratmaq məqsədi daşıyan erməni manevrinə əl atıb: “Bu, Gürcüstan torpaqlarıdır. Burada söhbət Gürcüstan torpaqlarının Azərbaycan tərəfindən işğalından gedir”.

Cəfəngiyatdır, lakin “168.am”ın jurnalistləri daha irəli gediblər və məsələ ilə bağlı məşhur gürcü politoloqlardan şərh almağa cəhd göstəriblər. Məhz elə bu yerdə də onların uydurmalarına son qoyulub.

Gürcü ekspert Gela Vasadze erməni saytının sözügedən sualına məsələni ciddi qəbul etmədiyini söyləməklə cavab verib:

“Başqa sözlə, əgər hər hansı bir konkret fakt olmadan ciddi şəkildə Gürcüstan torpaqlarının tutulmasından danışsaq, o zaman sabah da deyə bilərik ki, ermənilər bizdən nəsə alıblar. Bunu da müzakirə edəcəyik? Bizim hakimiyyətimiz, qeyri-hökumət təşkilatlarımız, mətbuatımız var. Heç kimdən belə bir informasiya verilməyib, ona görə də cavab yoxdur. Ölkədən kənarda hansısa mətbuat orqanının yazdığından danışsaq, mən bunu ciddi qəbul etmirəm”.

Tarix
2019.11.08 / 23:39
Müəllif
Əli, Orxan
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla