Yuxarı

Tiflisdə aksiyaların hədəfi: ABŞ müdaxilə edəcəkmi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan müxalifətinin seçki ərəfəsində hakimiyyəti proporsional əsasda seçki lehinə qərar verməyə məcbur edə bilməsi onun ən böyük uğuru hesab edilirdi. Bu qələbə müxalifəti rahatlatmışdı və etirazların kəsilməsinə səbəb olmuşdu.

Axar.az xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov deyib.

Onun sözlərinə görə, seçki sistemi ilə bağlı vəd edilən (lakin hələ edilməyən) dəyişiklikdən sonra əksər müşahidəçilər hesab edirdi ki, hakim Gürcü Arzusu Partiyasının inzibati resurslardan istifadə imkanları məhdudlaşacaq, buna görə də Gürcü Arzusu Partiyası parlamentdə üstünlüyü itirəcək və qurulacaq gələcək hökumətlərin koalisiya əsasında yaradılması qaçılmaz olacaqdı:

“Başqa sözlə, B.İvanişvili proporsional seçki sistemini qəbul etməklə gələcək mütləq hakimiyyətini sual altına qoymuşdu. İndi isə bir çox siyasətçi açıq şəkildə bəyan edir ki, B.İvanişvili verdiyi sözün üstündə durmayaraq, xalqı aldatdı”, - o bildirib.

Çıraqov yaxın zamanlarda seçki ilə əlaqədar ABŞ-ın bölgəyə marağının müvəqqəti azalacağını söyləyib:

“Məsələnin digər tərəfi Gürcüstanda cərəyan edən bu hadisələrin, xüsusilə, 2020-ci il parlament seçkisinin regional və qlobal geosiyasi proseslər fonundakı yeridir. ABŞ-da da seçki ərəfəsidir, bütün ölkənin siyasi sistemi, dövlət orqanları və siyasi qrupları seçkiyə köklənib, yəni yarı-avtopilot rejimindədir. Seçkinin nəticəsinin necə olacağını bilmirik. Gördüyümüz odur ki, Trampa qarşı impiçment fonunda ziddiyyətlər daha da dərinləşir, ABŞ-ın başı daha çox özünə qarışır. Hər halda bu seçki ABŞ-ın regionda duruşunu daha da zəiflədəcək və ya ona ən azından buraya yenidən fokuslanmaq, toparlanmaq üçün bir qədər vaxt lazım olacaq. Şərti vaxt olaraq ən tezi 2021-ci ilin aprelini deyə bilərik. Ona qədər isə regional güclər yaranmış bu vakuumdan, o cümlədən Gürcüstanda cərəyan edən proseslərdən maksimum yararlanmağa çalışacaqlar”.

Qeyd edək ki, hazırkı qanunvericiliyə görə, Gürcüstanda parlament seçkiləri həm proporsional, həm də mojaritar qaydada keçirilir. Müxalifət parlamentin tam proporsional (partiya siyahısı) ilə keçirilməsi üçün qanunvericilikdə dəyişiklik ediləcəyi barədə iqtidar partiyası ilə razılaşmışdı. Ancaq Gürcüstan parlamenti ötən gün seçki qanunvericiliyi ilə bağlı konstitusion düzəlişləri qəbul etməyib. Parlamentdəki səsvermə zamanı qərarın qüvvəyə minməsi üçün lazım olan 113 səsdən yalnız 101-ni toplamaq mümkün olub. Gürcü Arzusu Partiyasının 37 üzvü səsvermədə iştirak etməyib, 3 deputat isə dəyişikliyin əleyhinə səs verib. Nəticədə ölkədə mitinqlərə start verilib. Ən böyük mitinq Tiflisdə başlayıb. Batumi, Kutaisi və Zuqdidi də aksiyalara start verilib.

Müxalifət isə mövqeyindən asılı olmayaraq bir araya toplanıb və hökumətdən növbədənkənar seçkinin keçirilməsi, keçid hökumətinin yaradılmasını tələb edib.

Tarix
2019.11.15 / 14:03
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla