Yuxarı

Rəsul Quliyevin “Yeni nəfəs”inə AXCP-dən cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəsul Quliyevin “Yeni nəfəs”inə AXCP-dən cavab

"Yeni partiya yaratmaqla Azərbaycanın siyasi palitrasını dəyişmək mümkün deyil. 100-ə yaxın partiya var. Başqa mexanizmlər üzərində işləmək vacibdir".

Bu sözləri Rəsul Quliyev, Hüseyn Abdullayev və Əli İnsanov tərəfindən "Yeni nəfəs" adlı partiya yaradılacağı barədə xəbərə münasibət bildirən AXCP sədrinin müavini Razi Nurullayev dedi.

R.Nurullayevin sözlərinə görə, yeni partiya yaratmaqdansa, mövcud partiyaların gücləndirilməsi, onların sıralarına yeni simaların gəlməsi, partiyalar arasında müttəfiqliyin yeni mərhələsinin başlanmasına çalışmaq lazımdır: "Başımızı qatan xırda işlər çoxdur. Daşımaq üçün çiynimizə götürdüyümüz yük böyükdür. Danışmağa, müzakirəyə daha çox vaxtımız gedir. Birləşmək istəməyənləri, bizimlə olmaq istəməyənləri inandırmaq zamanımızı çox alır. Özümüz də yoruluruq, xalq da yorulur.

Mümkün olan işlərin və ideyaların ardınca getmək müqabildir. Bir-birimizin başını mümkün olmayan işlərlə qatmağa nə ehtiyac var?"

AXCP funksioneri görüntü yaratmaq cəhdindən uzaq olmaq zamanının çatdığını da sözlərinə əlavə edib.

Tarix
2013.12.15 / 15:46
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Antalyadakı Ekspo Mərkəzinə gəldi

Konstitusiyamız demokratik inkişafa təminat yaradır

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla