Yuxarı

Cəfəroğlunu ermənipərəstlikdə ittiham etmək... - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəfəroğlunu ermənipərəstlikdə ittiham etmək... - Millət vəkili

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Milli Azadlıq Hərəkatının ən parlaq simalarından biridir.

Axar.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

BAXCP sədri Novella Cəfəroğluna qarşı sosial şəbəkələrdə aparılan kampaniyanın heç bir ölçüyə sığmadığını bildirib:

"Novella xanım bütün varlığı ilə Azərbaycana, onun milli maraqlarına bağlı olan vətənpərvər bir xanımdır. Onu ermənipərəstlikdə ittiham etmək sadəcə cahillikdir və bu, təkcə Novella xanımın tərcümeyi-halını bilməməkdən irəli gəlmir, düşünülmüş və qərəzli bir kampaniyadır".

Novella Cəfəroğluna qarşı ittihamları qətiyyətlə pislədiyini bildirən Qüdrət Həsənquliyev qeyd edib ki, Azərbaycanı sevən hər kəs ona sayğı ilə yanaşmalı, bu qərəzli kampaniyaya öz etirazını bildirməlidir:

"Novella xanıma qarşı küyə gedərək ədalətsizlik edən gənclər isə onun fəaliyyəti ilə yaxından tanış olmalıdırlar".

Qeyd edək ki, N.Cəfəroğlunun xaricdə tədbirlərin birində erməni mənşəli qadınla çəkdirdiyi foto bu gün paylaşılıb və ona qarşı ittihamlar səsləndirilib.

Tarix
2019.11.18 / 21:52
Müəllif
Axar.az
Digər xəbərlər

İranda qızlar başını necə bağlayır? - Fotolar

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Kamboca ilə diplomatik münasibətlərin qurulması... - Deputat

İranda hicaba qarşı yeni etiraz aksiyaları başlayır

Azərbaycan XİN Ərəbistana başsağlığı verdi

Ərdoğanın baş müşavirinin Azərbaycana qarşı qərəzi... - YAP

Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığı genişləndirir

Laos prezidentinin şərəfinə rəsmi nahar verildi - Foto

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla