Yuxarı

"Putinlə Əliyev arasındakı dost ünsiyyətinə borcluyuq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Postsovet məkanında sürətlə inkişaf edən ölkələrdən biri olan Azərbaycanla Rusiyanın münasibətləri çox yüksək səviyyədədir.

Report xəbər verir ki, bu barədə “Moskva – Baku” portalına müsahibəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenko bildirib.

“Azərbaycan Respublikası postsovet məkanının ən sürətli inkişaf edən ölkələrindən biridir. Makroiqtisadi sabitliyə nail olunub, yeni iş yerləri açılır. Bütün bunlar ölkədə həyata keçirilən islahatların nəticəsidir. Azərbaycan Prezidenti İlham Əliyev və komandası ölkənin siyasi, iqtisadi, sosial, mədəni həqiqətlərinə, tələbatlarına uyğun islahatlar hazırlayıb həyata keçirməyi bacarıb”, - deyən spiker həmin proseslərin iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün daha da geniş imkanlar açdığını dilə gətirib və Bakıya son səfəri zamanı da sözügedən imkanlardan dolğun şəkildə yararlanmaq məsələlərinin müzakirə olunduğunu qeyd edib.

“Ölkələrimizin hökumətləri, işgüzar dairələri tərəfindən daha çox fəallıq, təşəbbüskarlıq göstərilməyin vacibliyi barədə qənaətə gəlmişik. Fikrimcə, həm də müasir texnologiyalar sahəsində əməkdaşlığı da ehtiva edən əlaqələr formatına üz tutmaq həm Rusiyanın, həm də Azərbaycanın marağındadır. Əlbəttə ki, qarşılıqlı sahibkarlıq, sərmayə mühitini də yaxşılaşdırmaq üçün bundan sonra da əzmlə çalışmaq lazım gəlir. İki ölkə arasındakı münasibətlər hazırda çox yüksək səviyyədədir", - V.Matviyenko deyib.

“Hər iki ölkə əlaqələri genişləndirmək, əməkdaşlığın bütün sahələrində qarşılıqlı fəaliyyəti artırmaq üçün ardıcıl səylər göstərir: iqtisadiyyatda da, elmdə də, mədəniyyətdə də”, - deyən spiker arada qarşıya çıxan problemlərin də həll olunduğunu söyləyib.

“Onlar arasında tərəfdaşlığımıza xələl gətirə bilən məsələnin olmaması əsaslı əhəmiyyət kəsb edir. Bunun üçün ölkələrimizin prezidentləri - Vladimir Putinlə İlham Əliyev arasındakı mütəmadi təmaslara, dost ünsiyyətinə borcluyuq. Hazırkı mərhələdə Azərbaycanla Rusiyanın əməkdaşlığı sıçrayışla yox, ardıcıl şəkildə, tədricən, yüksələn xətlə inkişaf edir. Dövlətlərimizin, vətəndaşlarımızın köklü mənafeyinə uyğun gələn model yaradılıb”, - V.Matviyenko əlavə edib.

Tarix
2019.11.20 / 20:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla