Yuxarı

Rus kanallarından Əliyevanın səfəri ilə bağlı - Reportaj

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya telekanalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu ölkəyə rəsmi səfəri barədə reportajlar yayımlayıb.

Axar.az xəbər verir ki, Rusiyanın Birinci kanalında yayımlanan süjetdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səfər proqramının zəngin olduğu vurğulanıb. Qeyd edilib ki, Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Prezidentinin salamlarını və ən xoş arzularını Rusiya Hökumətinin sədri Dmitri Medvedevə çatdırıb.

Vurğulanıb ki, Birinci vitse-prezident X Rusiya-Azərbaycan Regionlararası Forumunda və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak edəcək. Pavilyon kompleksin 80 illiyi münasibətilə yenidən bərpa edilib.

“Rossiya-24” telekanalında yayımlanan reportajda bildirilib ki, Dmitri Medvedevin Mehriban Əliyeva ilə görüşündə iki ölkə arasında ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub.

“Rossiya-1” kanalında yayımlanan reportajda da görüş barədə geniş məlumat verilib.

Həmçinin Azərbaycanın Birinci vitse-prezidentinin rəsmi səfər çərçivəsində “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə də tanış olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyeva artıq 17 ildir Azərbaycanda Gimnastika Federasiyasının prezidentidir.

Tarix
2019.11.22 / 20:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla