Yuxarı

Azərbaycandan UNESKO ilə bağlı böyük uğur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə UNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində qurumun bir sıra köməkçi orqanlarına seçkilər keçirilib.

Axar.az xəbər verir ki, Şərqi Avropa qrupundan namizədliyini irəli sürmüş Azərbaycan Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CIGEPS) və Kommunikasiyanın İnkişafı üzrə Beynəlxalq Proqramın Hökumətlərarası Şurasının (IPDC) üzvü seçilib.

Qeyd edək ki, 1978-ci ildə əsası qoyulan CIGEPS-in əsas məqsədi idmanın rolu və dəyərini, onun dövlət siyasətinə daxil edilməsini təşviq etməkdir. Hökumətlərarası Komitəyə 4 il müddətinə seçilən ölkələr bu sahə üzrə texniki tövsiyələr verir, araşdırmalar aparır və siyasi tövsiyələri hazırlamaq üçün uğurlu təcrübələri müəyyənləşdirir.

IPDC isə inkişaf etməkdə olan ölkələrdə medianın inkişafını müzakirə və təşviq etmək məqsədilə beynəlxalq ictimaiyyəti səfərbər edən BMT sisteminin yeganə çoxtərəfli forumudur. Proqram media layihələrinə dəstək verməklə yanaşı, inkişaf etməkdə olan ölkələrdə azad və plüralist medianın inkişafı üçün sağlam bir mühitin təmin olunmasına çalışır.

Xatırladaq ki, UNESKO Baş Konfransının 40-cı sessiyası noyabrın 27-dək davam edəcək.

Tarix
2019.11.22 / 21:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla