Yuxarı

Azərbaycanda alkoqollu içkilərin satışı ilə bağlı qadağa

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda alkoqollu içkilərin satışı ilə bağlı qadağa

Azərbaycanda alkoqollu içkilərin, dərman vasitələrinin, tibbi təyinatlı texnikanın, bioloji aktiv əlavələrin, körpələr və erkən yaşına çatmamış uşaqlar üçün süni qida məhsullarının məsafədən satışına (kataloqlar, bukletlər, elektron ticarət vasitələri) qadağa qoyulub.

Report xəbər verir ki, bu məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Reklam haqqında" qanun layihəsində öz əksini tapıb.

Yeni layihədə sponsor reklamlarının yayımlanması üçün müddət də müəyyənləşdirilib. Layihəyə əsasən, sponsor reklamında yalnız sponsorun adı, fəaliyyəti və əmtəəsi haqqında ümumi həcmi 2 dəqiqədən çox olmayan müddətə məlumat təqdim oluna bilər. Əmtəənin adı sponsor qismində göstərilə bilməz. Sponsor reklamında "sponsor" sözünün başqa anlayışla əvəz olunmasına da icazə verilmir.

Layihə Milli Məclisin iclasında ilk oxunuşda qəbul edilib.

Tarix
2015.02.02 / 19:41
Müəllif
Axar.az
Digər xəbərlər

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

İlham Əliyev ABŞ-ın daxili təhlükəsizlik nazirini qəbul etdi

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla