Yuxarı

Rusiya Qərbə mühüm siqnallar göndərəcək - Təhlükə yaxında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Qərbə mühüm siqnallar göndərəcək - Təhlükə yaxında

"Yanvar ayının əvvəlindən bəri Ermənistanın atəşkəsi intensiv şəkildə pozması bir çox suallar doğurur".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elman Nəsirov deyib.

O bildirib ki, indiki halda cəbhədə gərginliyin artmasında Rusiya amilinin əsas tutulması düzgün deyil:

"Moskva-İrəvan münasibətləri hazırda heç olmayacaq dərəcədə gərgindir. Rusiyaya qarşı sanksiyaların uzadılması məsələsində Azərbaycan 64 dövlətin arasında bunun əleyhinə səs verən ölkələrdən biridir. Rəsmi Moskva Azərbaycanın bu addımından olduqca məmnundur. Yəni bu baxımdan da Rusiya amilinin qabardılması doğru deyil. Ermənistanın hazırkı fəallığını bir neçə amillə izah etmək olar. Birincisi bu, qondarma soyqırımla bağlıdır. Hazırda İrəvanda Sərkisyanın rəhbərliyi altında dövlət komissiyası yaradılıb. Atəşkəs rejiminin pozulması bu komissiyanın iş planında əsas yer tutur. Yəni bu hadisə planlı şəkildə həyata keçirilir. Rejimin atəşkəsin pozulmasında bu qədər fəallıq göstərməsinin bircə səbəbi var, o da Qərbdən güdülən yardımlardır. Sərkisyan və onun müdafiə etdiyi rejimi bununla da dünyadakı mövcud erməni lobbisi və diasporundan bəhrələnmək potensialını gücləndirməyə çalışır. İrəvanda müxalifətin iqtidara qarşı müqaviməti pik həddə çatıb. Proqnozlara görə, etirazlar daha da artacaq. Hesab edirəm ki, sonuncu və ən əsas amil qarşıdan gələn Yay olimpiya oyunları ilə bağlıdır ki, İrəvan atəşkəsi intensiv pozmaqla Bakını təhlükəli zona kimi qələmə verməyə çalışır".

Politoloq Rusiya-Qərb münasibətlərinin kəskinləşməsi fonunda regionda yarana biləcək təhlükələrdən də danışıb:

"Moskvanın beynəlxalq bank sistemindən uzaqlaşdırılması vəziyyəti daha da dərinləşdirəcək. Qərbə qarşı Rusiyanın qarşılıq olaraq atacağı addımlar siyahısında yaxın xaric hesab etdiyi ərazilərdə, münaqişə bölgələrində və Dağlıq Qarabağ məsələsində aqressivlik əmsalını artıra və Qərbin maraqlı olduğu layihələrin gedişatına mane ola bilər. Ancaq onu da qeyd edim ki, Azərbaycanın Rusiya-Ukrayna məsələsində balanslı siyasət yürütməsi sübut edir ki, Bakı ən mürəkkəb inkişaf ssenarilərinə hazırdır. Hazırda Azərbaycanın son addımı Moskva tərəfində müsbət qiymətləndirilir. Belə olan halda hesab etmirəm ki, Rusiya indiki reallıqlar fonunda Azərbaycan əleyhinə münaqişənin həlli ilə bağlı start versin".

Tarix
2015.02.03 / 21:26
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu

Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi

Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla