Yuxarı

Bakı-Vaşinqton soyuqluğu yalnız mediadadır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanla ABŞ arasında əvvəldən tərəfdaşlıq münasibətləri mövcuddur".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.

O, Amerika ilə Azərbaycan münasibətlərindəki soyuqluğun söz atışmasında o yana keçmədiyini deyib:

"Hələ bu günə qədər tərəflərdən heç biri həmin strateji tərəfdaşlıqdan imtina etməyiblər. Üstəlik, hər iki ölkənin ən önəmli rəsmi şəxsləri bir-biriləri haqqında hələ tənqidi fikir səsləndirməyiblər. Məncə, Amerika-Azərbaycan soyuqluğu daha çox özünü media səviyyəsində biruzə verib. Doğrudur, Amerikanın insan haqları ilə bağlı bir sıra məsələlərdə tənqidi, özəlliklə ölkədəki bəzi həbsləri pisləməsi olub və Azərbaycandan buna media səviyyəsində sərt cavablar verilib. Əgər söhbət münasibətlərin korlanmasından gedirsə, bu, söz atışmasından uzağa getməyib. Düzdür, Azərbaycanın Amerika ilə münasibətlərdə soyuqluğunun olmasını Rusiya tərəfindən təzyiq kimi qiymətləndirənlər müəyyən dərəcədə haqlıdırlar. Çünki Rusiya neftin qiymətinin aşağı düşməsində və ona qarşı tətbiq edilən sanksiyalarda özünə həmrəy axtarırdı. Həmrəy tərəflərdən birini də Azərbycanın timsalında görürdü. Azərbaycan isə öz strateji maraqlarını Rusiyaya qurban verə bilməz. Bakı hər dəfə bəyan edir ki, yürütdüyü balanslaşdırılmış siyasətlə bütün ölkələr arasındakı münasibətləri eyni səviyyədə saxlamağa çalışır".

Politoloq Bakının heç bir zaman Rusiyaya qarşı getmədiyini bildirib:

"Amerika dünyanın hegemon dövlətidir. Bu gün açıq demək lazımdır ki, Azərbaycanın bir çox uğurlarında - neftin çıxarılması, onun nəqli, qazın çıxarılması, bu sahələrin ən yeni texnoloji vasitələrlə təmin edilməsində - Amerika, İngiltərə və Almaniyanın şirkətləri önəmli rol oynayıblar. İnanmıram ki, Azərbaycan bu məsələlərin üstündən xətt çəkə bilər. Məsələn, Rusiya Bakı-Tiflis-Ceyhana qarşı güclü müqavimət göstərirdi. Amerika onun müqavimətini qırdı. Rusiya həmçinin bu kəməri partlatmaq istəyirdi, amma Vaşinqtonun hədələri onun qarşısını aldı. Moskva Azərbaycanın təbii sərvətlərinin Avropaya çıxarılmasının qarşısını almaqdan ötrü uzun müddət cəhdlər edib, amma Bakının uğurlu xarici siyasəti və Qərblə əməkdaşlığı başqa dövlətlərin bura müdaxiləsinin qarşısını alıb. Amma Azərbaycan heç bir zaman Rusiyaya qarşı getməyib və hər zaman onunla münasibətlərini inkişaf etdirməyə çalışıb. Son günlər Amerika ilə münasibətlərdə həlimləşmə dövrünün başladığını sezmək mümkündür. Məsələn, Amerikadakı yəhudi lobbisinin başçısı Azərbaycan prezidenti ilə görüşdü. Bu görüşdə Azərbaycan-Amerika münasibətlərinin yaxşılaşması, eləcə də Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bir sıra məsələləri üzbəüz müzakirə edildi. Xoş olan bir məqam o idi ki, yəhudi lobbisinin çox nüfuzlu şəxslərindən biri Holokostdan sonra Xocalının adını çəkdi".

Q.Hüseynli Robert Sekutanın Bakıya gəlişinin Tranxəzər qaz kəməri layihəsi ilə bağlı işləri intensivləşdirəcəyini vurğulayıb:

"Bu yaxınlarda ABŞ-ın yeni səfiri ölkəyə gələcək. O da Morninqstar kimi neft-qaz sənayesində peşəkar şəxslərdən biridir. Əgər fikir verdinizsə, səfirin gəlişi ərəfəsində Aşqabadda Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirləri səviyyəsində görüş oldu. Bu görüşün müzakirə edilən əsas məsələlərindən biri də Türkmənistan qazının Avropa bazarına çıxarılması idi. Bu artıq ikinci dəfədir ki, hər üç ölkənin naziri görüşür. Amerika da Türkmənistanla Transxəzər qaz kəmərinin çəkilişi ilə bağlı çox ciddi işlər aparır. Vaxtıyla bu işləri Morninqstar səfir təyin edilməzdən əvvəl Azərbaycanla aparırdı. Sonradan Vaşinqtonun səyi nəticəsində Türkiyə də bu proseslərə qoşuldu. Daha sonra Türkmənistanla ciddi nəticələr əldə olundu. Xarici işlər nazirlərinin görüşü onu göstərir ki, Rusiyanın Türkmənistanı hürkütməsinə baxmayaraq, artıq Aşqabad bu layihənin leyhinədir. Azərbaycan prezidentinin Almaniyaya səfəri və Merkellə müzakirə etdiyi mövzulardan biri də məhz Transxəzər layihəsi idi. Artıq Avropa Rusiyanın "Türk axını" layihəsini rədd edib. Onlar Ukraynadan keçməyən qazı almayacaqlarını dedilər. İkincisi isə Qərb alternativ qaz təminatçısı kimi Azərbaycan və Türkmənistanı görür. Artıq onlar "Şahdəniz"dən çıxan qazı Avropaya daşıyacaq TANAP layihəsini əsas proyekt kimi qəbul edirlər. Səfirin gəlişindən sonra isə Transxəzər qaz kəməri layihəsi ilə bağlı işlər intensivləşə bilər. Çünki prosesdə Azərbaycan və Türkiyə də yaxından iştirak edir. Türkmənistanı bir az çəkindirən Moskvanın hədələridir. Amma bir azdan Kremlin buna heç bir taqəti qalmayacaq. Bu kontekstdə Azərbaycan Qərbin neft və qaz təminatçısı kimi əhəmiyyətli bir dövlət və bölgəyə çevriləcək. Qarşılıqlı inteqrasiya prosesində indiyə qədər olan söz söhbətlər yox olacaq".

Tarix
2015.02.04 / 10:05
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla