Yuxarı

Rusiya Qarabağ probleminin həllini istəyirmi? – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Həmsədrlərin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşündən münaqişənin həllinə dair müsbət bir şey gözləmək olmaz".

Bunu Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaxın vaxtlarda Azərbaycan və Ermənistan ölkə başçıları ilə nəzərdə tutulan görüşünü şərh edərkən bildirib.

Onun sözlərinə görə, son vaxtlar həmsədr ölkələr müxtəlif mövqelər nümayiş etdirir:

"Rusiya daha çox susmağa üstünlük verir. ABŞ, Fransa cəhd edir ki, münaqişənin həllinə dair hansısa irəliləyişə nail olsunlar. Xüsusilə ABŞ daha fəal şəkildə bunu etməyə çalışır. Amma hazırda hesab edirəm ki, bunun üçün zəruri şərait yoxdur. Çünki bir tərəfdən münaqişə tərəfləri arasında münasibətlər çox gərgindir, digər tərəfdən isə Rusiyanın bölgədəki siyasətinin konturları tam bəlli deyil".

Politoloqun fikrincə, Rusiyanın hansı mövqedə olmasını bilmək olmur ki, onlar bu münaqişənin həllini istəyir, yoxsa yox:

"Nəzərə alsaq ki, Rusiya bu mövzu ətrafında xüsusi təşəbbüs göstərmir, deməli, hesab etmək olar ki, onların məsələnin həllinə dair istəyi yoxdur. Çünki münaqişənin həlli Rusiyanın maraq dairəsinə uyğun deyil. İstənilən formatda, istənilən nəticə ilə Qarabağ münaqişəsi həll olunursa, bu Rusiyanın bölgədən sıxışdırılması deməkdir. Ona görə də həmsədrlərin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşündən münaqişənin həllinə dair müsbət bir şey gözləmək olmaz".

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan dövlət başçısı Serj Sərkisyanla Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparacaq.

Tarix
2015.02.04 / 10:38
Müəllif
Səbuhi Vaqifoğlu
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla