Yuxarı

Aydın Əliyev: "Rusiya ilə razılığa gəlmişik"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aydın Əliyev: "Rusiya ilə razılığa gəlmişik"

Bu gün Bakıda Azərbaycanla Rusiya arasında gömrük sahəsində əməkdaşlığa dair bir sıra məsələlər müzakirə olunaraq bir neçə sənəd imzalanacaq.

Report-un verdiyi xəbərə görə, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında bildirib.

"Müzakirə olunan bir sıra məsələlər var. Bunlardan əsası bu gün imzalanmayacaq. Amma artıq bu məsələyə baxılıb və razılığa gəlmişik. İki ölkə arasında ixracı asanlaşdıracaq sənəd imzalanacaq. Hazırda sənəd dövlətdaxili prosedurları keçir. Bu, Azərbaycanda tez xarab olan və eyni zamanda tez xarab olmayan emal məhsulları, aksizli məhsullar istisna olmaqla bütün məlumatlara şamil olunaq", - deyə A.Əliyev qeyd edib.

DGK sədri bildirib ki, eyni zamanda daha iki sənədin imzalanması nəzərdə tutulub.

"Bunlardan biri statistik məlumatların mübadiləsidir, digəri 2015-2016-ci illərdə birgə fəaliyyət planıdır. Fəaliyyət planında qaçaqmalçılıq sahəsində mübarizə ilə bağlı tədbirlərin keçirilməsi, Ekspertiza İdarəsi ilə Rusiya Mərkəzi Gömrük Laboratoriyası arasında təcrübə mübadiləsi və s. məsələr nəzərdə tutulub. Bundan başqa, bir sıra digər məsələlər də müzakirə olunacaq", - deyə Komitə sədri əlavə edib.

Qeyd edək ki, Rusiya Federal Gömrük Xidmətinin sədri Andrey Belyaninov Azərbaycanda işgüzar səfərdədir.

Tarix
2015.02.04 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla