Yuxarı

Vergilər Nazirliyindən ixtisar açıqlaması

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yaxın gələcəkdə ölkənin vergi orqanlarında ştatların ixtisarı gözlənilmir".

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Vergilər Nazirliyi yayıb.

Məlumatda ləğv edilmiş Bakı Şəhər Vergilər Departamentinin işçi heyətinin Vergilər Nazirliyinin yanında Bakı Vergilər Departamentində tam olaraq işlə təmin edildiyi bildirilib:

"Vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun təkmilləşdirilməsi, Vergilər Nazirliyinin bir sıra strukturlarının fəaliyyətində təkrarçılıq hallarının aradan qaldırılması və onların fəaliyyətinin daha səmərəli təşkil olunması məqsədilə Vergilər naziri Fazil Məmmədovun 26.12.2014-cü il tarixli əmri ilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti və Bakı şəhəri Vergilər Departamenti ləğv edilərək, həmin departamentlərin ştat vahidlərinin hesabına Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti yaradılıb. Ləğv edilmiş departamentlərin işçi heyəti tam şəkildə yeni yaradılmış departamentdə işlə təmin olunub, bu zaman ixtisarlara yol verilməyib, əksinə, departament mövcud strukturların ştatları hesabına əlavə işçi heyəti ilə komplektləşdirilib. Məlumat üçün bildiririk ki, 46 ölkənin daxil olduğu Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) məlumatına əsasən, vergi inzibatçılığı yüksək səviyyədə elektronlaşdırılmış Azərbaycan Respublikası Vergilər Nazirliyi topladığı vergilərin məbləğinə görə ən az sayda işçisi olan vergi orqanlarından biridir. Yaxın gələcəkdə ölkənin vergi orqanlarında ştatların ixtisarı gözlənilmir".

Tarix
2015.02.04 / 13:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla