Yuxarı

İcra başçısına cinayət işi qaldırıldı – Sənəd

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısına cinayət işi qaldırıldı – Sənəd

Dərbənd şəhərinin rəhbəri İmam Yaraliyevə qarşı cinayət işi qaldırılıb.

Axar.az xəbər verir ki, bu barədə məlumat Feysbuk sosial şəbəkəsində dərbəndli jurnalistlər tərəfindən yayılıb.

Məlumatda Yaraliyevin Rusiya Cinayət Məcəlləsinin 286-cı - qanunsuz torpaq paylanmasını həyata keçirmək – maddəsi ilə günahlandırıldığı bildirilib.

Xatırladaq ki, bir müddət öncə Dərbənd Şəhər Administrasiyasında yoxlamalar aparılmışdı. Aparılan yoxlamalar zamanı Torpaq şöbəsində kütləvi pozuntuların olduğu müəyyənləşmişdi. Dünən Dağıstanın Baş Prokurorluğu Dərbənd Şəhər Administrasiyasının dövlət büdcəsinə 36 milyon rubl ziyan vurduğunu açıqlamışdı.

Dərbənddə Torpaq şöbəsinin rəhbəri vəzifəsini milliyətcə azərbaycanlı olan Kamil Seyidov yerinə yetirir. Burada sadəcə fiqur olan Seyidovun yerinə bütün işləri İmam Yaraliyevin qayını Qüdrət Aybatov idarə edir.

Az öncə yayılan məlumatda faktla bağlı adıçəkilən şəxslərin həbs olunacağı ehtimalı irəli sürülmüşdü.

Tarix
2015.02.04 / 17:05
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bayramov Pakistanın federal ombudsmanı ilə görüşdü

İlham Əliyev “o məmurlar” deyəndə kimlərə işarə etdi?

Naxçıvanın “bağışlanan” ərazisi qayıda bilər? - “Qeyri-adi” proses...

Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxur

Prezident: Xəzər dənizi tarixi əməkdaşlığın rəmzidir

Zəngəzur dəhlizinin açılması... - Prezident

İlham Əliyev Özbəkistan mediasına müsahibə verdi

Ermənistandan Azərbaycana qarşı təcavüzkar müharibə...

Qəzadan sonra ərazidə yalnız bu ölkənin helikopteri olub...

Bütün hərbçilərin nəşi tapıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla