Yuxarı

Nazirdən ironiya: “Qoy bağlansın, qara bazar isə qalsın”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin son iclasında futbol qumarının ləğvinə çağırış cavabsız qalmayıb.

Axar.az xəbər verir ki, deputat Qüdrət Həsənquliyevin "Topaz"ın yığışdırılması təklifi və bu mərc oyunlarının gənclərin həyatına ciddi zərər vurması fikrinə reaksiya verilib.

Gənclər və İdman naziri Azad Rəhimov "Report"a deyib ki, millət vəkillərinin belə bir qərarı qəbul edəcəkləri halda onu dəstəkləyəcək. Nazirin sözlərinə görə, bir vətəndaş və şəxs kimi "Topaz"ın bağlanmasına heç bir etiraz etməyəcək:

"Milli Məclis "Topaz"ın bağlanması barədə qərar qəbul etsə, mənim fikrim nə ola bilər? Sözsüz ki, dəstəkləyərəm. Ona görə ki, millət vəkillərimiz, Milli Məclis deputatları bütün xalqın seçdikləridir. Onlar hansı qərar qəbul edəcəklərsə, bu, xalqın qərarıdır. Birmənalı! Bir vətəndaş, bir şəxs kimi mənim bu qərara heç bir etirazım ola bilməz".

Bir məmur kimi isə A.Rəhimovun reaksiyası belə olub:

"Qara bazarla müqayisə etsək, "Topaz" çox yüksək vergi verir, tam şəffaf şirkətdir, dövriyyədən 4,2 faizi idmana xərclənir - bu da tam şəffafdır və pulların hara xərcləndiyini şirkətin saytına baxaraq görə bilərsiniz. Vəsait tam olaraq idmanın inkişafına sərf olunur.

"Topaz" bağlanacaqsa, qoy qalsın qara bazar. Vergisiz. Orda özünü öldürənlər, asanlar və s. hallar çoxdur. Bilməyən insanlar bunu necə istəsələr, interpretasiya edə bilərlər. Qoy, qara bazar işləsin və "Topaz"ı, mərc oyunlarını sevməyən insanlar xoşbəxt olsunlar".

"Bəlkə bu məsələni qaldıranlar "Topaz"ı deyil, qara bazarı nəzərdə tutublar?" sualını isə nazir bu cür cavablandırıb:

"Bunu mən deyə bilmərəm. Mənim qara bazarla işim yoxdur. Çalışırıq ki, işlər normal, dünyada qəbul olunan prinsiplər əsasında aparılsın.

Bizim yeganə istəyimiz odur ki, qara bazar olmasın. Biznes məsələləri tam nizamlı olsun, vergilər ödənilsin, şəffaflıq olsun. Digər tərəfdən, idmana gələn vəsait bizim üçün böyük dəstəkdir".

Tarix
2015.02.05 / 00:09
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla