Yuxarı

Abbasovun adamı: “Azərros”u ələ keçirirlər”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abbasovun adamı: “Azərros”u ələ keçirirlər”

"Azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyətini başqa qüvvələr ələ keçirmək istəyirdi".

Axar.az xəbər verir ki, bu sözləri Nazaccent.ru saytına müsahibəsində Azərbaycanlıların Federal Milli Mədəni Muxtariyyətinin eks-prezidenti Asif Məhərrəmov söyləyib.

O, prezidentliyi dövründə Moskva şöbəsinin liderləri olan Qalib Ağayev və Tahir Hacıyevlə gərginliklərinin olduğunu bildirib:

"Onlar "Azərros" rəhbəri haqqında neqativ məlumat yayırdılar. Üstəlik, bizim razılığımız olmadan Qarabağ konflikti haqqında informasiya toplayırdılar. Daxili konflikt güclənən zaman mən vəzifəmi tərk etdim ki, situasiya daha da dərinləşməsin. Hazırda "Azərros"u ələ keçirmək istəyirlər. Bu işin əsas təşkilatçıları isə Azərbaycan səfirinin müavini Qüdsi Osmanov, eləcə təşkilat üzvləri olan Yusif Xıdırov, Söyün Sadıqov, Qalib Ağayev və Tahir Hacıyevdir. Mən ümid edirəm ki, biz ümumi razılıq əldə edə biləcəyik".

Qeyd edək ki, son günlər "Azərros"un tərkibində gərgin vəziyyət yaranıb. Təşkilatda keçirilən qurultayda baş nazirin keçmiş birinci müavini Abbas Abbasov Ağsaqqallar Şurasının sədri və qurumun faktiki rəhbərliyindən uzaqlaşdırılıb. A.Abbasov isə qərarla razılaşmadan dirəniş göstərməkdədir.

Tarix
2015.02.05 / 01:06
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İran XİN-dən Azərbaycanla bağlı açıqlama...

Abbas Arakçı Azərbaycana gəldi - Foto

Tramp Zəngəzur dəhlizinin açılmasında maraqlıdır – Vəliyev

Hacıyev və Qriqoryanın müzakirəsi - Video

İlham Əliyev Qırğızıstan nümayəndə heyəti ilə görüşdü

ABŞ-ın Təhlükəsizlik Strategiyasında Azərbaycan adı...

Arakçı Azərbaycandan sonra bu ölkələrə gedəcək

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla